"Donuz qripi" qayıtdı!

Donuz qripi qayıtdı!
Общество 2793
295282685_0.jpg|--> Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, "donuz qripi" (H1N1) ştamı yenidən fəallaşıb. Ümumdünya Səhiyyə Təhklatının 2009-cu ildlə qlobal epidemiya elan etdiyi xəstəliyə tutulanların və bu mərəzdən ölənlərin sayı yenidən artmağa başlayıb.Son məlumatlara görə, Avropanın 18 ölkəsi ilə yanaşı, Rusiya və Gürcüstanda da "donuz qripi"nə yeni yoluxma faktları qeydə alınıb."Donuz qripi" ilə mübarizə effekt verirmi?2011-ci ilin əvvəlindən bəri Avropa Birliyi ölkələrində 43, Rusiya və Gürcüstanda isə 9 nəfər "donuz qripi"ndən dünyasını dəyişib."Rustavi 2" telekanalı isə bildirir ki, Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın bu virusdan dünyasını dəyişib.Gürcüstan İntensiv Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, həmin qadın həkimlərə çox gec müraciət etdiyindən, bir həftəlik müalicə heç bir effekt verməyib.Gürücstanda ilin əvvəlindən bəri "donuz qripi"nə yoluxaraq ölən 4 nəfərin 3-ü hamilə qadınlardır.Yaranmış situasiya ilə bağlı olaraq Gürcüstanın Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, həyat üçün ölümcül təhlükəli virusun ilk simptomlarını aşkarlayan kimi dərhal həkimlərə müraciət etsinlər.Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko "RİA Novosti"yə verdiyi açıqlamasında bildirib ki, Rusiyada da "donuz qripi" pandemiyasının yayılma arealı genişlənir. Hazırda Çuvaşiya, Belqorod, Moskva, Kirov, Tümen, Kemerovo, Tomsk və Nenets bölgələrində "donuz qripi"nin yayılması müşahidə olunub.Bununla bağlı olaraq Rusiyanın Baş Sanitar-Epidemioloji Nəzarət Xidməti vətəndaşlara müraciət edərək xəstəliyin ilkin təzahürlərini aşkarlayan kimi mütləq həkimlərə üz tutmalarını istəyib.Rusiyaın kütləvi informasiya vasitələrində yer alan xəğərlərə görə, "donuz qripi" ölkədə sürətlə yayılır.Azərbaycanla həmsərhəd olan Dağıstana gəldikdə isə, orada hələ ki, "donuz qripi"nə yoluxma faktları qeydə alınmyıb.Nədir axı bu?"Donuz qripi" və ya H1N1 virusu ölümcül təhlükəli sayılır. Çünki alimlərin fikrincə, bu virus mutasiyaya uğrayaraq dəyişmək imkanlarına malik olduğundan peyvənd axtarışları ilə bağlı səyləri faktiki olaraq nəticəsiz edir.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu səhər bəyan edib ki, 2011-ci ilin əvvəlindən bəri Avropa ölkələrində "donuz qripi" virusu yenidən baş qaldırıb. İsrail, Lüksemburq, Hollandiya, Fransa, İsveçrə, Danimarka, İrlandiya, Norveç və Böyük Britaniyada "donuz qripi" virusuna yoluxanlaın sayı sürətlə artır."Bu virusun A/H1N1 və A/H3N2 tipli pandemik ştamlarına yoluxma miqyası ilə yayılma sürəti bizi çox narahat edirö Hazırda ağır yoluxma hallarının 93 faizi pandemik ştamla bağlıdır", - ÜST-in açıqlamasında deyilir.Xatırladaq ki, "donuz qripi" insan və heyvanlarda qrip virusunun ştammının yaratdığı xəstəliyin şərti adıdır. Bu qriplə bağlı viruslar C və A serotipinə aid (A/H1N1, A/H1N2, A/H3N1, A/H3N2 və A/H2N3) ştamları arasında aşkarlanıb.Azərbaycan Səhiyyə Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumatla isə bildirildi ki, ölkəmizdə "donuz qripi"nin yayılması və ya yenidən baş qaldırması ilə bağlı narahatlığa əsas yoxdur.Orxan
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости