Doğum tarixinin mözücəsi: Üçqoşa, "zerkalnı" uşaqlar
03
дек
2010
09:59
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
291316182_0.jpg|--> BaKu.ws portalı Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında Çada və Barbi Soper cütlüyünün 3-cü körpəsi dünyaya gəlib.İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Amma ailədə dünyaya gəlmiş 3 körpənin doğulma tarixlərinə nəzər salan zaman təəccüblənməmək mümkün deyil. Ailənin ilk uşağı olan qızcığaz Xloya 8 avqust, 2008-ci ildə (08.08.08) dünyaya gəlib. İkinci övladları - Kameron adlı oğlan uşağı 9 sentyabr 2009-cu ildə (09.09.09), nəhayət, son körpə isə 10 oktyabr 2010-cu il - 10.10.10 - tarixində dünyaya göz açıb...Riyaziyyatçılar bunu nadir hal adlandırır və bildirir ki, nəzəri cəhətdən bu, 50 milyonda 1 dəfə baş verə bilən fantastik təsadüfdür...Maraqlıdır ki, valideynlər uşaqların doğulacağı günlə bağlı əvvəlcədən heç nə planlaşdırmayıblar. Hər halda, ikinci uşaq ananın orqanizmindəki problemlərlə əlaqədar olaraq, vaxtından 1 ay tez dünyaya gəlib.Qeyd edək ki, valideynlər 11.11.11. tarixində növbəti körpəni dünyaya gətirmək haqda düşünmürlər. «Biz 3 uşaq istəyirdik və arzumuz reallaşıb. Odur ki, növbəti belə rəqəmə ehtiyac yoxdur», - deyə uşaqların anası bildirib.Leyla
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...