Dünyanın ən məşhur 10 azərbaycanlısı

Dünyanın ən məşhur 10 azərbaycanlısı
Общество 3596

BAKU.WS  sizin diqqətinizə dünyanın ən tanınmış azərbaycanlılarını təqdim edir. Bu insanlarla biz həqiqətən də fəxr edirik. Onlar Vətənimiz Azərbaycanın adını dünyada tanıtmış və tanıtmaqdadırlar.

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Rəşid Behbudov (14 dekabr 1915 - 9 iyun 1989) – sovet, azərbaycan estrada  və opera müğənnisi (lirik tenor), aktyor. Tiflisdə məşhur Şuşalı xanəndənin ailəsində dünyaya gəlmişdir. SSRİ Xalq Artisti. Sosialist Əməyi Qəhrəmanı. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Lütfi Zadə - azərbaycan riyaziyyatçısı, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru. 1921-ci il fevralın 4-də Novxanıda anadan olmuşdur. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Müslüm Maqomayev (17 avqust 1942- 25 oktyabr 2008) – sovet, azərbaycan, rusiya opera və estrada müğənnisi (bariton), bəstəkar. SSRİ və Azərbaycanın Xalq Artisti. Azərbaycan klassik musiqisinin banilərindən olan, adını Azərbaycan Dövlər Filarmoniyasının daşıdığı bəstəkar Əbdül-Müslüm Maqomayevin nəvəsidir. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Vaqif Mustafazadə (16 mart 1940 - 16 dekabr 1979) – azərbaycanın məşhur caz bəstəkarı və pianisti, cazda yeni istiqamətinin - azərbaycan caz-muğamının yaradıcısı. Bakıda hərbi həkimin ailəsində anadan olmuşdur. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Əzizə Mustafazadə – məşhur azərbaycanlı caz ifaçısı və bəstəkarı, dahi Vaqif Mustafazadənin qızı. 19 dekabr 1969-cu ildə Bakıda anadan olmuşdur.  

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Tofiq Bəhramov (29 yanvar 1926 - 12 oktyabr 1993)- sovet, azərbaycan futbol hakimi. O, dünya çempionatlarında hakimlik etmiş ikinci, avropa kubokunun finalında hakimlik etmiş ilk sovet hakimi olmuşdur. Ağcabədidə anadan olmuşdur. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Mübariz Mənsimov – azərbaycanlı və tütrkiyəli iş adamı, mesenat, Palmali şirkətlər qrupunun yaradıcısı və sahibi, həmçinin Xəzər-Lənkaran futbol klubunun prezidentidir. Forbes jurnalı Mübariz Mənsimovun varidatını 1,3 mlrd dollar qiymətində dəyərləndirir. 22 mart 1968-ci ildə Masallıda fəhlə ailəsində anadan olmuşdur. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Çingiz Abdullayev – sovet və azərbaycan yazıçısı. Azərbaycanın xalq yazıçısı, Respublikanın yazıçılar şurasının katibi. Müasir dünya ədəbiyyatında o, şübhəsiz ki, siyasi detektiv janrının dahilərindən biridir. 7 aprel 1959-cu ildə Bakıda anadan olmuşdur.  

Dünyanın ən məşhur 10 azərbaycanlısı

İsfar Sarabski – azərbaycan pianoçusu, bəstəkar. "Montre caz festival (2009)” müsabiqəsinin qalibi, Azərbaycan Respublikası Əməkdar Artisti (2010), "Zirvə” Dövlət Mükafatının Laureatı (2010). 1989-cu il, noyabrın 2-də Bakıda anadan olub. 

Dünyanın ən məşhur 10 azərbaycanlısı

Zabit Səmədov – Minskin "Патриот” idman klubunda "Mauqli” ləqəbi altında döyüşən azərbaycanın kikboksçusudur. 21 iyun 1984-cü ildə Gürcüstanın Djandari kəndində anadan olub. 

Aytən Məmmədova

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости