Dj Fateh: Restoranım olsaydı

Dj Fateh: Restoranım olsaydı
Общество 5997
Restoranım olsaydı, onun divarlarına öz şəkillərinizi yapışdıra biləcəkdiz. Bu, həm də başqalarının şəkillərinə baxmaq deməkdir. Restoranım olsaydı, onun bir divarı "facebook wall" adlanacaqdı. Ora yazdıqlarınız restoranın facebook səhifəsinə də kopyalanacaqdı. Restoranım olsaydı, onun içində bir sütunu heç kəsin tanımadığı adam həsr olunacaqdı. Hamı da təəccüblənəcəkdi ki, "lan kim bu Erol Egemen". Restoranım olsaydı, 1 manat verib, istədiyiniz mahnını orda oxutdura biləcəkdiz. Mahnını tapmayanda isə sizə 1% endirim verəcəkdik. Restoranım olsaydı, bütün adət-etdiyiniz yeməklərin fərqli adları olacaqdı. Hamı da soruşacaqdı ki, "Cəbciboninin içində nə olur?". Restoranım olsaydı, hər gün axşam, saat 8-də işçilərimiz müştərilərə 8 dənə şer oxuyacaqdı. Müxtəlif dillərdə, müxtəlif mövzularda. Restoranım olsaydı, ora o qədər adam gələcəkdi ki, hamı "orda həmişə basabasdır" deyə bizi pisləyəcəkdilər. Restoranım olsaydı, orda hər stol hansısa dostumun və ya qohumumun şərəfinə olacaqdı. Misal üçün, ilk məhəbbətim Leyla Babayeva adına stol. Restoranım olsaydı, ofisiant, bərkdən danışan müştəriyə yaxınlaşıb, sakitcə onun boynuna "Məclisə şuluqluq salan" ordenini asacaqdı. Restoranım olsaydı, soyuq aylarda orda "Arif dayının həftəsi" keçiriləcəkdi. Bir həftə, hər səhər Arif dayının hazırladığı xaşı yeyəcəkdiz. Restoranım olsaydı, düşpərə sifariş edənlərə xüsusi böyük qaşıqlar verəcəkdik ki, bir qaşıqa 50-60 dənə düşpərə yerləşsin. Restoranım olsaydı, bizim restoranın ayrıca heştegi olacaqdı və onu istifadə edəndə, əlavə 5% endirim əldə edəcəkdiz. Restoranım olsaydı, bizim restorandan evə zəng edə biləcəkdiz. Restoranım olsaydı, "wi-fi"ın "password"ü belə olacaqdı - hamisibalacaherifnen. Restoranım olsaydı, bizim restorana skype'la zəng etmək olacaqdı. Restoranım olsaydı, orda qarpız sifariş verənə pendir pulsuz təqdim olunacaqdı. Restoranım olsaydı, orda mütləq ədalətli bir müsabiqə keçiriləcəkdi. Hər axşam bir stol hesabı ödəməkdən azad ediləcəkdi. Pisdir?! Restoranım olsaydı, pəncərəsinə "QALDIRIM 10%" yazıb, bir kisə kartofu qaldırıb çiynində 10 dəqiqə saxlayana 10% endirim edərdik. Restoranım olsaydı, bizim əməkdaşların sevdiyi mahnı olacaqdı və aradabir barın arxasında yığışıb müştərilər üçün oxuyacaqdıq. Restoranım olsaydı, mənim kimi adı 9 hərfdən ibarət müştərilərə 9% endirim edəcəkdim. İmza: Məmmədəli Restoranım olsaydı, eynəkli müştərilərə 4% simvolik endirim edəcəkdim. Üstəlik eynəklərini də xüsusi, şüşəni cızmayan parça ilə siləcəkdik. Restoranım olsaydı, @Seljan'dan xahiş edərdim ki, telefona baxan bir qız heykəli düzəltsin. Onu stollardan birinin arxasında otuzdurardıq. Restoranım olsaydı, hər xaricə gedəndə, daimi müştərilərə pay-puş gətirərdim. Müştərilər də mənə maqnit. Bir-birimizi beləcə cəzb edərdik. Restoranım olsaydı, hər gün hansısa bir çeyara görə, müştərilərimizə endirim edəcəkdik. Misal üçün, lüt bədənə plaş geyib gələnlərə. Restoranım olsaydı, orda "Valideyn İclası" deyilən gün olacaqdı. İçəri ancaq valideynlərinizlə buraxacaqdım sizi. Tanış olsunlar deyə. Restoranım olsaydı, yer olmayanda, hamını kollektiv şəkil çəkdirməyə dəvət edəcəkdim. Sonra "Hamıya məndən bir kiçik desert" qışqıracaqdım!

Restoranım olsaydı, xüsusi "Eşq elanı" xidmətimiz olacaqdı. 222 manata, sizə qoşulub, bütün kollektivlə sevgilinizə mahnı oxuyacaqdıq.

(C) Dj Fateh http://mamedali.livejournal.com/

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости