Dj Fateh - Axırıncı yol
26
ноя
2011
12:04
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Gedib başqa ölkələri görəndə, ya da uzağa niyə gedək - elə burdakı xaricilər öz məişəti barədə danışanda, bizə qəribə gəlir ki, niyə onlar qonşularını tanımır. Bizdə belə bir təəssürat var ki, dünyada yeganə ekstravert bizik. Qalan hamı isə özünə qapanıb. İndicə başa düşdüm ki, niyə belədir.Bir az əvvəl iş yoldaşım gəlib danışdı ki, uşaqlarının dayəsi dünən axşam, o qarlı-palçıqlı havada "20 yanvar"dan Sulutəpəyə gedən avtobus axtarırmış və bir də görüb ki, 156 nömrəli marşrutun sürücüsü həmin yola görə adambaşı 5 manat istəyir. Əlacsız qalan qız 5 manatı verib, Sulutəpəyə gedib. Küçədə qalası deyil ki - əllər donur, ayaqlar su, qar da kəsənə oxşamır.Bu, inzibati faciə deyil. Həmin sürücünü tapmaq istəsələr, tapacaqlar və cərimələyəcəklər. İşdən qovmaq lazımdır? Yaxşı, işdən qovacaqlar. Nəqliyyat Nazirliyi o barədə mətbuat xülasəsi də hazırlayacaq. Nəqliyyat Departamentinin mətbuat müvəkkili bəlkə axşam xəbərlərinə də çıxdı danışdı. Amma bu heç nəyi dəyişməyəcək. Çünki eyni imkan Fatmayıya gedən 108 marşrutunun əlinə düşsəydi, o da eyni cür fürsətcil davranacaqdı. Taksinin qiymətini havaya görə dəyişən insanlar başqa əxlaq sərgiləmək gücündə deyil. Bu, sosial faciə də deyil. Həmin sürücü ilin 364 axşamını "20 yanvar"dan Sulutəpəyə 20-25 qəpiyə gedirdi də. Bu gün də gedəcəkdi. O, qiyməti daha çox qazanmaq üçün qaldırmadı ki. Həmin axşam avtobusuna yığa bildiyi sərnişinlər ona, heç telefonunu yeniləyəcək qədər pul, qazandırmadı. Mənim aləmimdə, bu hadisə təfəkkür faciəsidir. İnstinktiv olaraq, hava soyuyanda, insanlar üz-gözünü şaxtadan gizlədir. Bu sürücü isə əksinə, əsl üzünü göstərməyi qəhrəmanlıq saydı. O başqa cür fikirləşməyi axmaqlıq hesab edir. Həmin axşam fərqli davranmaq olmazdı. Dünən avtobus öz qiymətinə işləsəydi məntiqin təntənəsi baş tutardı. Sərnişin daşınmasında isə bu yolverilməzdir. Mən hesab edirəm ki, başqa millətlər özününküləri daha yaxşı tanıdığı üçün, fərdi şəkildə içinə qapılırlar. Biz hələ Bizim Adamı axıra qədər tədqiq etməmişik. Hələ çox qar yağmalıdır ki, biz bir-birimizi yaxşı tanıyaq. Tərslikdən də qar elə bir təbiət hadisəsidir ki, o yağanda, adam qabağına çıxanın üzünə yox, ayağına baxır.Sözün açığı budur. Yolunuz açıq olsun!Müəllif: Dj Fateh
Похожие новости
В бакинской поликлинике рентгеновскую бумагу высушили с помощью электрической плитки
В поликлинике №38 рентгеновская бумага сушилась с помощью электрической "плитки" В расположенной в Баку поликлинике №38 рентгеновская бумага сушилась с помощью...