Dünyanın ən varlı iti öldü

Dünyanın ən varlı iti öldü
Общество 4213
Sahibinin 12 milyon dollar vəsiyyət etdiyi balaca ev itinin saxlanılmasına ildə 100 min dollar xərclənirdiAmerikalı malyarder Leona Helmslinin 12 milyon dollar vəsiyyət etdiyi Malta bolonkası (ağ, yumşaq tüklü otaq iti) ölüb. “Trabl” (Trouble) adlı balaca it 12 il yaşayıb və bu, insan həyatı ilə müqayisədə 84 yaşa bərabərdir. 2007-ci ildə sahibi dünyasını dəyişdikdən sonra Helmsli ailəsinə məxsus otellərdən birinə aparılmışdı. Leona Helmslinin qohumlarının itdən xoşu gəlmirdi. Onlar məhkəməyə müraciət edərək, itə vəsiyyət edilmiş vəsaitin 10 milyon dollarını əldə etmişdilər. “Trabl”ın öldürülməsi və ya oğurlanması ilə bağlı 30-ya yaxın hədə-qorxu xəbərdarlığı olmuşdu. Ona görə də Leona Helmslinin vəsiyyət etdiyi vəsaitin bir hissəsi onun təhlükəsizilyinə xərclənirdi. İtin saxlanılmasına ildə 100 min dollar xərclənirdi. Bu pulun 8000 dolları tükünün qırxılması və daranmasına, 1200 dolları isə qidalanmasına sərf olunurdu.İtdən qalan vəsait Leona və Harri Helmsli xeyriyyə fonduna köçürüləcək. Malta bolonkası Helmsli sərvətinin əsas varisi idi. Nə qədər qəribə olsa da, milyarder qadın itə 12 milyon vəsiyyət etsə də, qardaşına cəmi 10 milyon dollar qoyub gedib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости