Dünyanın ən seksual çimərlikləri – SİYAHI

Dünyanın ən seksual çimərlikləri – SİYAHI
Общество 8566
“Gecə macərasına” görə cərimə ödəyən və ya polisə düşən turistlərin arasında həmvətənlərimizin də olması istisna edilmir.İnsanların məhəbbətlərini dəniz kənarında izhar etməsi dünyanın bütün ölkələrində heç də birmənalı qarşılanmır. Bu yaxınlarda “Forbes” jurnalının tərtib etdiyi siyahıda ən seksual çimərliklər arasında dünya liderliyi Karib dənizi ətrafı və Latın Amerikası çimərliklərinə verilib. Bu yazıda biz Avropanın 5 ən seksual çimərliyi barədə məlumat vermək istərdik. Birinci yerdə İspaniyanın Kosia Del Sol regionundakı çimərliklər gəlir. Gecə saat 1-dən sonra bütün diskotekalar və xidmət obyektləri bağlanır. Bundan sonra cütlüklər dənizin ləpələrinə qulaq asaraq ehtiraslarını söndürə bilərlər (aylı gecə, dəniz kənarı, xəfif meh. Ardını sizin təxəyyülünüzə buraxıram – müəl.). Lakin hava açılanadək hər şey bitməlidir. İspaniyanın digər çimərliklərində isə bu işlə məşğul olanı bir neçə min avro cərimə gözləyir.İkinci yer yenə də öküz döyüşdürənlərə aiddir. İbiza adasının çimərliklərində hər kəsin gözü qarşısında sevişən cütlüklərlə yanaşı, xəlvəti guşələri (qayalıqlar) seçənlərə də çox rast gəlinir.Üçüncü yerdə isə keçmiş sosialist ölkəsi Bolqarıstan gəlir. Bu yaxınlarda ölkə rəhbərliyi çimərlikdə seksə görə cinayət məsuliyyətini ləğv etdi. İndi çimərlikdə sevişənlərə ən pis halda şifahi xəbərdarlıq edilə bilər. Polislər isə bir qayda olaraq “yanıq” cütlərə fikir vermirlər. Bolqarıstan çimərliklərində reportaj hazırlayan alman jurnalisti açıq seks səhnələrindən dəhşətə gəldiyini yazmışdı.Dördüncü yerdə isə dəniz suyunun temperaturu 17 dərəcəni keçməyən Hollandiya gəlir. 2008-ci ildə hökumət çimərliklərdə seksə rəsmən icazə versə də, soyuq su insanların “fəaliyyətini” çətinləşdirir.Nəhayət, top 5-in sonuncusu – Xorvatiya. Azərbaycanla təxminən eyni dövrdə müstəqillik əldə etmiş bu ölkənin çimərliklərində sekslə məşğul olanı ağır cərimə gözləyir. Burada yalnız Dubrovnik vilayətinin şimalındakı Lopud adası istisnadır. Burada qanunvericilik digər bölgələrlə eyni olsa da, polislər və yerli hakimiyyət sadəcə olaraq “gecə ovçuları”na göz yumurlar.P.S. Əziz həmvətənlər. Artıq bütün dünyada çimərlik mövsümü başlayıb. Xarici ölkələrdə istirahət edərkən diqqətli olun. Qanunu bilməmək məsuliyyətdən azad etmir.Vüqar Ələsgərov
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

16 Общество 22:55 28 октября 2026

Последние новости