Bakıya ilk “Eurovision” avtobusu gətirilib
24
фев
2012
17:31
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
“Eurovision 2012” ilə əlaqədar Dənizkənarı parka 4 ədəd “Mercedes” markalı avtobusun gətirilməsi planlaşdırılır. Artıq avtobuslardan biri bulvar ərazisindədir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a bildirdi ki, hər bir avtobus iki qoşqu və 3 vaqondan ibarətdir: “Vaqonların hər biri 20 nəfər sərnişin tutumuna malikdir. Bunlar çox müasir və son texnologiya ilə istehsal olunmuş nəqliyyat vasitələridir. Avtobuslar hər istiqamət üzrə 2 ədəd olmaq üzrə Dəniz Vağzalı ilə Dövlət Bayrağı Meydanı arasında işləyəcəklər və yeni salınmış yolla gedib-gələcəklər. Deyə bilərəm ki, bu avtobuslar komfortuna, texniki göstəricilərin görə dünyada ən müasir hesab olunur. İnşallah, Novruz bayramından, parkın ərazisinin genişləndirilməsi tam başa çatandan sonra əhalinin istifadəsində olacaq”. Bu avtobuslarda xidmət ödənişli olacaq. Avtobusların hərəkəti üçün bulvar ərazisində bəzi hissələrdə daha möhkəm örtüklü yol da çəkilib. Qeyd edək ki, Nəqliyyat Nazirliyi tərəfindən də musiqi müsabiqəsi ilə əlaqədar avtobusların gətirilməsi planlaşdırılır. Nizam RZALent.az



Похожие новости
Прогноз погоды в Азербайджане на 29 октября
29 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, в первой половине дня местами возможна морось,...