Bakıda marketdə partlayış olub, yaralananlar var
Узнавайте о новостях первыми
BAKU.WS, APA-ya istinadən xəbər verir ki, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən "Army” marketdə qeydə alınıb.
Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Похожие новости
Прогноз погоды в Азербайджане на 29 октября
29 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, в первой половине дня местами возможна морось,...