Bakıda itkin düşmüş bank əməkdaşının meyiti tapılıb

Bakıda itkin düşmüş bank əməkdaşının meyiti tapılıb
Общество 3080
Bakının Xətai rayonu ərazisində tapılmış meyitin şəxsiyyəti məlum olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məluata görə, həmin şəxs ötən il dekabrın 18-dən itkin düşmüş paytaxtda yerləşən banklardan birinin əməkdaşı, 33 yaşlı Seymur Səmədovdur. Qeyd edək ki, S.Səmədov Əhmədli qəsəbəsində 9-cu Əhmədli küçəsi ev 41b ünvanından çıxıb və bir daha geri qayıtmayıb. Aparılan axtarışlar heç bir nəticə verməyib. Xətai RPİ-nin 34-cü polis bölməsində təhqiqat araşdırması aparıldıqdan sonra axtarış elan edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdı. Lakin bu gün onun meyiti dənizdən tapılıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости