Bakıda iş axtaranların nəzərinə!
26
фев
2015
16:30
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Fevralın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Binəqədi rayonu ərazisində səyyar əmək birjası keçiriləcək.
BAKU.WS-a nazirlikdən verilən məlumata görə, əmək birjası Binəqədi rayonu, 7-ci m.rayon, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığında keçiriləcək. Əmək birjasında boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğulluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq.
Xatırladaq ki, cari ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb.
Похожие новости
В Азербайджане чиновников обяжут возвращать незаконно полученные льготы
В Азербайджане имущество, привилегии и льготы, полученные должностными лицами в результате конфликта интересов, предлагается обращать в доход государства. Как с...