Bakıya axşam qar yağacaq
19
янв
2011
10:43
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarına gəlincə, yanvarın 19-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
Похожие новости
В Баку осушили искусственное озеро в известном парке - названа причина
В парке "Гянджлик", расположенном в Хатаинском районе Баку, начинается масштабная реконструкция. Водоём на территории парка был полностью осушён - после заверше...