Bakının ən böyük və müasir metro stansiyası gələn il açılacaq
09
янв
2012
16:39
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Bakı Metropolitenində yeni stansiyaların tikintisi istiqamətində işlər davam etdirilir. Artıq tikintisinə başlanılan "Avtovağzal" stansiyası çox müasir görkəmdə olacaq. Bu stansiya Bakıda ən uzun platformalı olacaq ki, bu xətt üzrə hərəkət edən qatarlara 7 vaqon qoşulacaq. Bundan başqa “Avtovağzal” stansiyasının platformasının sütunsuz olması nəzərdə tutulub. "Avtovağzal" stansiyasının tikintisi istiqamətində artıq xeyli işlər görülüb. Stansiya 2013-cü ildə təhvil veriləcək. “Avtovağzal”a gediş, keçid stansiyası olan “Cavadxan” vasitəsilə olacaq. Bu xəttin uzunluğunun 2 kilometr 200 metr olması nəzərdə tutulur. Qeyd edək ki, Bakı Metropolitenində platforması sütunsuz olan ilk və hələlik yeganə stansiya “Azadlıq prospekti”dir. Nizam RZA
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...