Bakıda siqaret bahalaşdı

Bakıda siqaret bahalaşdı
Общество 5327
294254832_0.jpg|--> Ölkədə tütün məmulatlarının qiyməti artıb. Milli.Az xəbər portalının bir neçə mağazada aparıdığı araşdırmalar zamanı məlum olub ki, ölkəyə xaricdən gətirilən və daxili istehsal olan siqaretlərin qiyməti 10-20 qəpik qalxıb. Mağazalar bunu siqaretlərin topdansatış qiymətindəki artlımla izah etdilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az xəbər portalına açıqlamasında qiymət artımı faktını təsdiqləyib. Onun sözlərinə görə, bütün nov tütün məmulatlarında artım 30%-ə qədər təşkil edir. E.Hüseynov Azərbaycan vətəndaşlarının siqaretə olan illik təlabatının 10 milyard ədəd olmasını əsas gətirərək tütün məmulatlarının qiymətinin artmasını istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirdi. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Milli.Az xəbər portalına bildirdi ki, bayram ərəfəsi və bayram günləri tütün məmulatları ilə bağlı monitorinqlər aparılmayıb. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər əhalinin təlabatının artdığı sahələr üzrə aparılıb. Son monitorinqlər bayranmdan əvvəl və bayram günləri aparılıb. Anar Məmmədov
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости