Bakıda səfir qarət edildi
09
фев
2010
17:26
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
265721990_nokia6500classicblack.jpg|--> Macarıstanın ölkəmizdəki səfiri Jeno Borosun mobil telefonu aparılıbBakıda səfirlərin biri naməlum şəxs tərəfindən qarət edilib. Lent.az-ın “musavat.com”a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə qarət olunan səfirin Macarıstanın ölkəmizdəki səfiri Jeno Boros olduğunu bildirib.Hadisə bir neçə gün öncə günün ikinci yarısında İçərişəhərdə baş verib. Bir nəfər naməlum kişi Macarıstanın ölkəmizdəki səfiri Jeno Borosa yaxınlaşaraq zəng etmək üçün ondan telefonunu istəyib. Səfir humanistlik edərək mobil telefonunu həmin şəxsə verib. Naməlum şəxs telefonu aldıqdan sonra zəng etmək adı ilə ondan bir az aralanıb. Bir neçə dəqiqədən sonra isə naməlum şəxs səfirin diqqətinin yayındığını görərək qəfildən hadisə yerindən qaçıb. Səfir isə hadisə haqda hüquq-mühafizə orqanlarına məlumat verib.Hazırda hadisəni törədən şəxsin müəyyən edilib yaxalanması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı araşdırma aparılır. Lent.Az
Похожие новости
Можно ли будет купить жилье за счет пенсионного капитала? - ВАЖНОЕ ЗАЯВЛЕНИЕ
"Право на использование пенсионного капитала должно быть предоставлено гражданам. Считаю, что лицам, столкнувшимся с серьёзными заболеваниями или впервые приобр...