Bakıda oğlan maşının kreditinə görə özünü 16-cı mərtəbədən atmaq qərarına gəlib

Bakıda oğlan maşının kreditinə görə özünü 16-cı mərtəbədən atmaq qərarına gəlib
Общество 7329
Bakıda oğlan maşının kreditinə görə özünü 16-cı mərtəbədən atmaq qərarına gəlib
Bakının mərkəzində intihar cəhdi baş verib. Gənc insan binanın 16-cı mərtəbəsindən özünü atmaq qərarına gəlib.BaKu.Ws-ın Gün.az-a istinadən verdiyi xəbərə görə, hadisə Bakının Səbayıl rayonunda, “İçəri şəhər” metro stansiyası yaxınlığında, Mirzə Fətəli Axundovun heykəlinin olduğu bağın qarşısında baş verib. 25-30 yaşlı şəxs Əhməd Cavad küçəsində 16 mərtəbəli binanın sonuncu mərtəbəsinə çıxaraq, özünü yerə atacağı barədə qışqırmağa başlayıb. Təxminən 15-20 dəqiqə belə davam edib. Hadisə yerinə Təcili Yardım Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Səbayıl rayon polisinin əməkdaşları gəliblər. Binaya qalxan FHN əməkdaşları potensial intiharçını özünü atmamağa inandıra bilib və onu binadan aşağı düşürüblər. O polis maşınına əyləşdirilib və hadisə yerindən aparılıb. İlk məlumata görə, intihara bu şəxsin avtomobilə görə banka krediti ödəyə bilməməsi səbəb olub.
Bakıda oğlan maşının kreditinə görə özünü 16-cı mərtəbədən atmaq qərarına gəlib
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости