Bakıda avtobus ile tank toqquşdu !

Bakıda avtobus ile tank toqquşdu !
Общество 7
Xeyli sayda yaralı var Azərbaycan paytaxtında sərnişin avtobusu tankla toqquşub. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı yolunun 28-ci kilometrliyində, Pirəküşkül qəsəbəsi ərazisində baş verib. Bakıdan Qobustan istiqamətində hərəkət edən 10 BJ 993 dövlət nömrə nişanlı sərnişin avtobusu hərbi hissənin yaxınlığında tankla toqquşub. İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən bir neçə nəfər xəsarət alıb. Hazırda hadisə yerində Respublika Baş Dövlət Yol Polis İdarəsinin və Hərbi Prokurorluğunun əməkdaşları araşdırma aparır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости