Bakıda çörəyin qiyməti qalxdı?
19
ноя
2010
10:07
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
290098001_0.jpg|--> Bakının bir sıra mağazalarında çörəyin qiyməti qalxıb.Məlumata görə, ərzaq mağazalarında 30 qəpiyə satılan standart çəkisi 650 qram olan zavod çörəyi indi 40 qəpiyə satılır. Qiymət artımı Bakının Nizami, Sabunçu, Yasamal rayonları ərazisindəki mağazalarda müşahidə olunur. Onu da əlavə edək ki, qiymət artımı son bir neçə gündə müşahidə olunur. Mağazalarda bunu unun qiymətinin bahalaşması və bu səbəbdən çörəkbişirmə sexlərində şörəyin qiymətinin yuxarı olması ilə əsaslandırıblar. Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin rəsmi mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtın çörək bazarında monitorinqlər aparılır. Nazirlik rəsmisinin sözlərinə görə, onlara qiymət artımı ilə bağlı müraciət daxil olmayıb: "Monitorinq zamanı qiymət dəyişməsi hallarına rast gəlinərsə, bunun səbəbləri araşdırılacaq və mətbuata bu barədə açıqlama veriləcək".Anar Məmmədov
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...