Bakı dünyanın ən bahalı şəhərlərinin reytinqində 36-cı yerdədir

Bakı dünyanın ən bahalı şəhərlərinin reytinqində 36-cı yerdədir
Общество 7280
Azərbaycan paytaxtı İstanbul, Afina, Praqa, Barselona, Frankfurt kimi şəhərlərdən bahalıdırDünyanın ən bahalı şəhərlərinin yeni reytinqi açıqlanıb. “APA-ECONOMICS”in xəbərinə görə, reytinq cədvəli “Mercer Human Resource Consulting” şirkəti tərəfindən tərtib olunub.51 şəhərin adının yer aldığı cədvəlin ilk pilləsində Anqolanın paytaxtı Luanda qərarlaşıb. Sonrakı yerləri Yaponiyanın paytaxtı Tokio, Çadın paytaxtı Ndjamena və Rusiyanın paytaxtı Moskva gəlir. İlk beşliyi İsveçrənin Cenevrə şəhəri tamamlayır.İlk onluğa daxil olmağı bacaran şəhərlər isə Osaka (Yaponiya), Librevil (Qabon), Sürix (İsveçrə), Honq Konq (Honq Konq) və Kopenhagen (Danimarka) olub.Bakı siyahıda 36-cı yerdə qərarlaşıb. Azərbaycan paytaxtının cədvəldəki qonşuları Hollandiyanın Amsterdam və Slovakiyanın Bratislava şəhərləridir. Qardaş Türkiyənin İstanbul şəhəri isə 44-cü yerdədir.Qeyd edək ki, reytinq cədvəli tərtib olunarkən 200-dən artıq məhsul və xidmətlərin dəyəri, o cümlədən mənzil kirayəsi, ərzaq və benzinin qiyməti nəzərə alınıb. Etalon olaraq ABŞ-ın ən bahalı şəhəri olan Nyu-York götürülür. Bu il Nyu-York 8-ci yerdən 27-ci yerə düşüb. 2006-2009-cu illərdə dünyanın ən bahalı şəhəri olan Moskva isə 4-cü yerlə kifayətlənməli olub.

Reytinq 2010

Şəhər

Ölkə

1

LUANDA

ANQOLA

2

TOKİO

YAPONİYA

3

NDJAMENA

ÇAD

4

MOSKVA

RUSİYA

5

CENEVRƏ

İSVEÇRƏ

6

OSAKA

YAPONİYA

7

LiBREVİL

QABON

8

SÜRİX

İSVEÇRƏ

9

HONQ KONQ

HONQ KONQ

10

KOPENHAGEN

DANİMARKA

11

SİNQAPUR

SİNQAPUR

12

OSLO

NORVEÇ

13

VİKTORİYA

SEYŞEL

14

SEUL

CƏNUBİ KOREYA

15

MİLAN

İTALİYA

16

BEİJİNQ

ÇİN

17

LONDON

BÖYÜK BRİTANİYA

18

PARİS

FRANSA

19

TƏL-ƏVİV

İSRAİL

20

NAQOYA

YAPONİYA

21

SAN PAULO

BRAZİLİYA

22

BERN

İSVEÇRƏ

23

NİAMEY

NİGERİYA

24

SİDNEY

AVSTRALİYA

25

ŞANXAY

ÇİN

26

ROMA

İTALİYA

27

NYU-YORK

ABŞ

28

VYANA

AVSTRİYA

29

RİO DE JANEYRO

BRAZİLİYA

30

SANKT-PETERBURQ

RUSİYA

31

HELSİNKİ

FİNLANDİYA

32

DAKAR

SENEQAL

33

BANQUY

MƏRKƏZİ AFRİKA RESPUBLİKASI

34

MELBURN

AVSTRALİYA

35

AMSTERDAM

HOLLANDİYA

36

BAKI

AZƏRBAYCAN

37

BRATİSLAVA

SLOVAKİYA

38

QUANQÇJOU

ÇİN

39

NOUMEA

YENİ KALEDONİYA

40

AFİNA

YUNANISTAN

41

DUALA

KAMERUN

42

ŞENJEN

ÇİN

43

DUBLİN

İRLANDİYA

44

İSTANBUL

TÜRKİYƏ

45

ABİDJAN

FİL DİŞİ SAHİLİ

46

HAVANA

KUBA

47

PRAQA

ÇEXİYA

48

BRAZZAVİL

KONQO

49

BARSELONA

İSPANİYA

50

FRANKFURT

ALMANİYA

51

ƏBU DABİ

BƏƏ

Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

168 Общество 22:55 28 октября 2026

Последние новости