Bələdiyyə seçkiləri baş tutub (Məzahir Pənahov)
24
дек
2009
02:02
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
261605744_mezahir-penahov.jpg|-->Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.APA-nın xəbərinə görə, MSK sədri deyib ki, bu gün 1718 bələdiyyədən 15 682 bələdiyyə üzvünün seçilməsi üçün 31 mindən artıq namizədin qatıldığı seçki keçirilib.MSK sədri ilkin nəticələrə görə, 4813 məntəqənin hamısında seçki baş tutduğunu deyib.Ölkə üzrə ümumilikdə 1 462 074 nəfər, yəni seçicilərin 31 ,86 faizisəsvermə prosesində iştirak edib.MSK sədri bildirib ki, hazırda səslərin sayılması prosesi davam edir.M. Pənahov qeyd edib ki, artıq 1637 məntəqədən nəticələr daxil olubDaxil olan nəticələrə görə, 439 bələdiyyənin ilkin rəqəmləri dəyişməyəcək.MSK sədri bildirib ki, bu gün günün birinci yarısında 1718 bələdiyyədən daxil olmuş rəqəmlərin tam açıqlanması mümkün olacaq.M. Pənahov deyib ki, səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri izləyib. O beynəlxalq təşkilatların nümayəndələrinin 100-dən artıq məntəqədə müşahidə apardıqlarını da bildirib.Onun sözlərinə görə, MSK-ya gün ərzində heç bir şikayət xarakterli rəsmi müraciət daxil olmayıb.M. Pənahov bildirib ki, səsvermənin nəticələrinə ciddi təsir edəcək pozuntular, məlumatlar daxil olmayıb.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...