Azeri Toyu ! Toyda dava, 5 nəfər bıçaqlandı

Azeri Toyu ! Toyda dava, 5 nəfər bıçaqlandı
Общество 24689
Azərbaycan paytaxtında yerləşən şadlıq evlərindən birində toy mərasimi zamanı kütləvi dava düşüb, beş nəfər bıçaqlanıb. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən məlumat verilib.Məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən “İmperial” şadlıq sarayında baş verib. Şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunmuş qonaqlar arasında musiqi üstündə yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib. Baş vermiş kütləvi dava nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Xanlayev Ayaz İbrahim oğlu, 1987-ci il təvəllüdlü Qafarov Seyfulla Rəşid oğlu, Qax rayon sakinləri Mollayev Ayaz Bayram oğlu, 1975-ci il təvəllüdlü Qabulov Mahir Şövkət oğlu və onun qardaşı, 1970-ci il təvəllüdlü Qabulov Ənvər Şövkət oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların üçünün əməliyyat olunduğu və əksəriyyətinin xeyli miqdarda qan itirdiyi bildirilir. Hadisə ilə bağlı hələlik saxlanılan olmasa da, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

78 Общество 22:55 28 октября 2026

Последние новости