Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək

Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Общество 37506
Gənc müğənni Aynur yaz aylarında Almaniyanın konsert məkanlarının birində Hollivud ulduzları ilə eyni səhnəni paylaşacaq. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, hazırda bu layihə üzərində iş gedir: “Sözügedən konsert may ayında baş tutacaq. Bundan başqa, türk, ya da xarici müğənnilərin birilə duet oxumaq istəyirəm”.24 yaşlı Aynur Umudova 8 aydır ki, müğənnilik edir, daha əvvəllər o, rəqqasə kimi fəaliyyət göstərib: “6 il rəqqasəlik etmişəm, sonra müğənni kimi də özümü sınamaq qərarına gəldim. Düzdü, 8 aydır ki, müğənniliyə başlamışam. Buna baxmayaraq, böyük uğurlarım var. İlk albomum artıq işıq üzü görüb. Özüm də mahnı yazıram, sözlərini də, musiqisini də bəstələyirəm. Sənət yoldaşlarım da oranjeman və digər işlərdə köməkçi oldular. 3 mahnımın müəllifi bəstəkar Gövhər Həsənzadədir, reper Nado ilə duetim var, bunlar hamısı yeni alboma daxil ediləcək. Alboma ümumilikdə 11 mahnı daxildir. Bunlardan biri xarici estrada musiqisidir”. Müğənninin ilk klipi olan “Rəqs et” mahnısı Azərbaycan və Türkiyə telekanallarında yayımlanır. Gənc ifaçı hazırda ikinci klipini çəkdirməyə hazırlaşır: “Sadəcə rəqsi atdığıma görə bir az kökəlmişəm. Ona görə çəkilişlər yubanır. Bundan başqa, özüm yazdığım “Tək səni” mahnısına klip çəkdirmək istəyirəm”.
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Azərbaycanlı müğənni Hollivud ulduzları ilə səhnə bölüşəcək
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости