Azərbaycanda ehtiyatsız dəllək sünnət etdiyi uşağa ciddi xəsarət yetirib
23
ноя
2011
16:53
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Gəncə şəhərində ötən gün 82 yaşlı Şəmsəddin Tağıyev 4 yaşlı Nihat Rzayevi sünnət edərkən onun cinsiyyət orqanını kəsib.
Bu əməl dəlləyi polislik, uşağı isə xəstəxanalıq edib. Noyabrın 21-i saat 19:30 radələrində Gəncə şəhər 2 saylı Uşaq Birləşmiş Xəstəxanasından Kəpəz RPİ-ə 4 yaşlı Nihat Faiq oğlu Rzayevin cinsiyyət orqanın kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olub. Polisin araşdırması zamanı məlum olub ki, elə həmin gün saat 15:00 radələrində 82 yaşlı Şəmsəddin Tağıyev ev şəraitində Nihat Rzayevi sünnət edərkən onun cinsiyyət orqanının müəyyən bir hissəsini kəsib.
Dəlləkliklə məşğul olan Şəmsəddin Tağıyevin qısa zamanda yeri müəyyən olunaraq polisə gətirilib. Dediyinə görə, 60 ildir bu işlə məşğul olan Şəmsəddin Tağıyev, fəaliyyəti dövründə 4 günlük uşaqdan tutmuş 36 yaşına qədər olan kişiləri sünnət edib. Saxlanılan şəxs ona qarşı yönələn ittihamları qəbul etmir. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Rahət Hüseynov isə zərərçəkən Nihat Rzayevin vəziyyətini normal qiymətləndirib. Hakim xəstənin gələcəyi üçün elə də ciddi problemin olmadığını qeyd edib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 131, yəni ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərbə vurma maddəsi ilə iş açılıb, istintaq aparılır.
Milli.Az

Похожие новости
В общежитии "Кампус" неизвестный мужчина потревожил студенток в их комнатах
В социальных сетях утверждается, что неизвестный мужчина, проникший в частное студенческое общежитие "Кампус", стучал в двери комнат нескольких девушек, беспоко...