Azərbaycana “uçan taksilər” gətirilir
09
янв
2010
23:48
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
263066411_samolot.jpg|--> Yaxın illərdə Azərbaycanın səmasında özəl təyyarə və helikopterlərin uçuşlarını izləmək mümkün olacaq.Yer üstündə, yollarda yaranmış nəqliyyat sıxlığına səbri çatmayan şəxslər özləri üçün azyerli, kiçik təyyarələr və ya helikopterlər alaraq ölkənin istənilən ərazisində uça biləcəklər.Hazırda hava xətlərinin aviaşirkətlərlə yanaşı fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi ilə bağlı ilkin müzakirələr aparılır. Müzakirələr müsbət nəticələrlə yekunlaşarsa, bu məsələni tənzimləyən xüsusi qaydalar hazırlanacaq.Məlumatı verən hökumət nümayəndəsinin sözlərinə görə, artıq Mülki Aviasiya Administrasiyasının da bu məsələyə münasibəti müsbətdir. Hava məkanında uçuşların təhlükəsizliyinə nəzarəti hansı qurumun həyata keçirməsi isə hələ ki müzakirə obyektidir. Mənbənin məlumatına görə, ümumilikdə fərdi uçuşların təşkili Mülki Aviasiya Administrasiyası, Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC ilə razılaşdırılmaqla həyata keçirilə biləcək. Bunun üçün ölkə daxilində yeni hava xətləri müəyyənləşdirilərək istifadəyə veriləcək. Yəni təyyarəsi və ya helikopteri olan şəxslər istədikləri ərazinin üzərindən uça bilməyəcəklər. Tənzimləyici qaydalarda hava xətlərinin fərdi şəxslərə hansı şərtlərlə istifadəyə verilməsi, ölkənin hava məkanının təhlükəsizliyi, qəzaların qarşısının alınması, ölkəyə fiziki və hüquqi şəxslər tərəfindən gətirilən uçuş vasitələrinin qeydiyyatı, dövlət aerodromlarından istifadə, kiçik qabaritli təyyarələrdə uçuş və yük daşıma üçün lisenziyanın verilməsi, uçuş vasitələrinin idarə olunması üçün kadrların seçimi və s. məsələlər öz əksini tapacaq.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...