Azərbaycan təyyarəsinin İstanbulda qəzaya uğramasının səbəbi açıqlandı - VİDEO + FOTO
12
авг
2010
15:55
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Təyyarədə olan uçuş heyəti və sərnişinlər xilas edilib«Azərbaycan Hava Yolları» QSC-yə məxsus, Bakıdan İstanbula J2075 saylı reyslə uçuş yerinə yetirən sərnişin təyyarəsinin Atatürk Hava Limanının uçuş-enmə zolağından kənara çıxmasının ilkin səbəbləri açıqlanıb.«APA-ECONOMICS»in «AirportHaber» portalına istinadən verdiyi məlumata görə, problem təyyarənin təkərinin gec açılmasından yaranıb. Bundan başqa, təyyarənin şinlərinin köhnə olmasının da problemin yaranmasına yol açdığı söylənilir.«Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli isə «APA-ECONOMICS»ə bildirib ki, hadisə təyyarə hava limanına enib dönərkən baş verib. Nəticədə, A-319 təyyarəsinin ön şassisində nasazlıq yaranıb: «Pilot təyyarəni saxlayıb, sərnişinlər sağ-salamat endirilib. Sərnişinlərin vəziyyəti normaldır və hazırda problem aradan qaldırılır». Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Airbus 319” təyyarəsi Türkiyə vaxtı ilə saat 11.00-da Atatürk hava limanının 05-23 saylı zolağına enib. Aeroportun 05-23 uçuş-eniş zolağına enən təyyarə hava limanının taksi yoluna girmək üzrəykən xətdən çıxıb və ön şassisində problem yaranıb. İlk məlumatlara görə, zolaqdan çıxan təyyarə torpaq sahəyə girib. Nəticədə təyyarənin burnu sağ tərəfdən qırılıb. Sərnişinlər arasında xəsarət alan yoxdur. Onlar təyyarənin qəza qapılarından çıxarılıblar. Təyyarədə 7 uçuş heyəti, 2-si körpə olmaqla 119 sərnişin olub. |
Похожие новости
Сколько детей появились на свет в тюрьмах Азербайджана в этом году?
За последние 6 лет в тюрьмах Азербайджана родился 21 ребенок. Как сообщает modern.az, в исправительном учреждении № 4 родилось 3 ребенка. Данный показатель низо...