Azərbaycan öz milli əlifbası ilə domen yarada bilər

Azərbaycan öz milli əlifbası ilə domen yarada bilər
Общество 3119
Azərbaycan öz milli əlifbası ilə domenini yaratmağa tam hazırdır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda öz milli əlifbası ilə yazılan internet domenləri yaradıla bilər: “Hazırda Azərbaycanda buna imkanlar var. Lakin sistem hələlik işə salınmayıb”. Onun sözlərinə görə, bu məsələdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə düşən vəzifələr öz həllini tapıb: “Azərbaycan hərflərinin domenlərdə istifadəsinə dair hazırlıq işləri tamamlanıb və sistem istənilən vaxt fəaliyyətə başlaya bilər”. Bu sistem fəaliyyətə başlayarsa, ölkədə sayt yaradılarkən “ü”, “ə”, “ö” hərflərini işlətmək mümkün olacaq. Xatırladaq ki, Rusiyada kiril əlifbası ilə ilk internet domenləri ötən ilin mayında yaradılıb. “rf” domeni ilə fəaliyyətə ilk olaraq prezident və hökumətin internet saytları başlayıb (президент.рф və правительство.рф ). Bununla da, Rusiya qeyri-latın əlifbası ilə domenin fəaliyyətə başladığı ilk ölkə adını qazanıb. Ülkər NəbiyevaGün.Az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

97 Общество 22:55 28 октября 2026

Последние новости