“Avtoş”luq edən futbolçu komandadan qovuldu
Узнавайте о новостях первыми
"Biz onunla müqaviləni pozub məxsus olduğu "Neftçi”yə geri göndərmişik”
Vurğun Fərəczadənin avtomobilini yüksək sürətlə idarə etməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyini hiddətləndirib. "Kəpəz” komandası "Neftçi”dən icarəyə götürdüyü Vurğun Fərəczadəni komandadan qovub.
"Qafqazinfo”nun rekord.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gəncə klubunun vitse-prezidenti Nofəl Əzizov açıqlama verib. Onun sözlərinə görə, oyunçunun sosial şəbəkədə avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyinin belə bir addım atmağına səbəb olub:
"Vurğunun üzr istəyib-istəməməsi artıq heç nəyi dəyişməyəcək. Biz onunla müqaviləni pozub məxsus olduğu "Neftçi”yə geri göndərmişik”.
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...