AST Telmanın həbsinə dair hakimiyyətdə yüksək səviyyədə göstəriş verib

AST Telmanın həbsinə dair hakimiyyətdə yüksək səviyyədə göstəriş verib
Общество 10
Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılov olduqca ciddi problemlərlə üzləşib. Hətta bəzi məlumatlara görə, AST Telman adı ilə məşhurlaşan iş adamının həbsinə dair hakimiyyətdə yüksək səviyyədə göstəriş də verilib. Artıq Rusiya mediasında da Telman İsmayılova qarşı geniş hücum kampaniyası başlayıb. Bütün bunlara əsas səbəb isə Telman İsmayılovun sahib olduğu paytaxtın "Çerkizov" bazarında 6 min konteynerdə ümumi dəyəri 2 milyard dollar olan qaçaqmalın aşkar edilməsidir. Bununla bağlı Rusiyanın dövlət kanalında geniş veriliş də efirə gedib. Həmçinin, "Çerkizov" bazarında yaşananlar barəsində "İzvestiya" qəzetində də araşdırma yazısı dərc olunub. Rusiyanın dövlət kanalında efirə gedən "Xüsusi müxbir" verilişində jurnalist Arkadi Mamontov tərəfindən aparılan araşdırmada qeyd olunur ki, Telman İsmayılov Rusiyada ən böyük bazarlardan biri sayılan və xalq dilində "Çerkizon" adlanan "Çerkizov" bazarının ortağıdır. Bildirilir ki, 70 hektar ərazisi olan bu bazar şərqi Avropanın ən böyük bazarıdır: "Çerkizonda təkcə tacik diasporunun sayı 17 minə çatır. Burada çalışan ticarətçilərin əksəriyyəti illərlə buranı tərk etmir: əvvəla, sənədlərlə olan problemlərinə görə, ikincisi də dillə bağlı yaşadıqları problemlər üzündən. Bazarda qalmaq üçün isə şərait var. Bazarın təhlükəsizliyini bir neçə min istefada olan milis, xüsusi xidmət orqanlarının əməkdaşları və hərbçi qoruyur. Moskvanın Sərqi Administrativ Dairəsinin Baş Axtarış bölməsinin keçmiş rəisi Yevgeni Xarlamov bildirir ki, "Çerkizov" bazarı dövlət içində dövlətdir: "Burada yoxlama aparmaq üçün az cəsarət lazım deyil. Məsələn, biz bazarda müəyyən şəxslərin narkotik ticarətilə məşğul olmasına dair operativ informasiya əsasında onları yaxalamağa gediriksə, mühafizəçilər bizi içəri buraxmır. Biz özümüzü təqdim etdiyimiz vaxt mühafizəçilər kodlaşdırılmış sözləri deyir. Beləliklə də mühafiəzəçilər tərəfindən xəbərdar olunan cinayətkarlar dərhal yoxa çıxır". "Çerkizov"un dalanlarında isə kimisə tutmaq mümkünsüzdür. Bazardakı vəziyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olan cinaytəkarlıqla dolu durumla müqayisə etmək olar. Müstəqil təşkilat olan Moskva milis əməkdaşları həmkarlar ittifaqının sədri Mixail Paşkin qeyd edir: "Dairə əməkdaşları rəhbərliyinə "Çerkizov" bazarında görünmək sadəcə qadağan olunub. Bu, şifahi göstərişdir. Hamı bilir ki, kim orda görünsə, vəzifəsindən azad olunacaq". Daha sonra bazarda aşkar edilən 2 milyard dollarlıq qaçaqmal barəsində isə qeyd olunur: "Bu günlərdə baş nazir Vladimir Putinin xatırlatdığı 2 milyard dollar həcmində qaçaqmal "Çerkizon"un anbarlarında peyda olub. Bu həftə Kalininqrad, Omsk, Mahaçqala gömrük orqanları içi Türkiyə və Çində hazırlanan saxta məhsullarla dolu onlarla vaqon saxlayıb. Bütün fakturalar saxta olub. Yük isə "Çerkizov" bazarına gedirmiş. Moskva ətrafında yerləşən Balaşixdə isə OMON köhnə toxuculuq fabrikində əməliyyat aparıb. Məlum olub ki, burada sərt şəraitdə saxlanan 400 qeyri-leqal şəxs "Gucci" və "Yves Şaint Laurent" kimi məhşur firmaların adından saxta paltarların tikilişilə məşğul olurmuş. Fabrikdə 2 tona yaxın leqal olmayan məhsul aşkarlanıb. İstehlak bazarı sahəsində hüquq pozuntularına qarşı mübarizə aparan idarənin rəis müavini Artur Mişin bildirir ki, sözügedən fabrikdə, əsasən Vyetnamdan olan vətəndaşlar çalışıb və onların istehsal etdiyi məhsulların "Çerkizov" bazarında satılması nəzərdə tutulbmuş. Burada çalışan bədbəxt işçilər isə üçmərtəbəli çarpayılarda yatır, ümumi qazandan yemək yeyirmi. Aldıqları məvacib isə ayda cəmi 100 dollar təşkil edirmiş. Beləliklə, növbəti saxta istehsal müəssisəsi bağlanıb, onun sahibi barəsində axtarış elan edilib, müsadirə olunan mallar məhv ediləcək, işçilər isə leportasiya olunacaq. Həmin malların satıldığı "Çerkizov" bazarının sahibi cənab İsmayılov isə Türkiyə vətəndaşlığını almaq üçün artıq müraciət edib. Qeyd edək ki, onun həm də İsrail vətəndaşlığı var. Lakin görünür, bu heç nəyi dəyişmir, onun "Moskva biznes imperiyası" dividend gətirməkdə davam edir. Bir gün ərzində "Çerkizov" bazarına 1 milyon alıcı gəlir. İl ərzində bu bazar 1 milyard xalis gəlir gətirir". "İzvestiya" qəzeti yazır ki, baş prokuror Yuri Çayka da "Çerkizov" bazarında 2 milyard dollar həcmində qaçaqmalın aşkar edilməsini təsdiqləyib. Qəzet onu da bildirir ki, baş nazir Putin qaçaqmal və qeyri-leqal istehsalla məşğul olanların həbs edilməsinə dair konkret göstərişlər də verib: "Rusiya Baş Prokurorluğu yanında İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, "Çerkizov" bazarında saxlanan qanunsuz malla bağlı cinayət işi hələ bu ilin martından digərlərindən ayrılıb və bu iş ayrıca aparılır. Onun sözlərinə görə, bu, həmin məhsulların "Çerkizov" bazarında AST Sirkətlər Qrupunun anbarlarında saxlanma faktı ilə bağlıdır". Bütün bunlar isə, yayılan məlumatlara görə, Telman İsmayılovun həbsinə gətirib çıxara bilər və bununla bağlı Rusiyanın yüksək dairlərində artıq müəyyən tapşrıqların olduğu da qeyd edilir. Xatırladaq ki, Telman İsmayılov ötən ay Antalyada təmtəraqlı 7 ulduzlu otelin açılışını edib. "Mardan Palace" adlanan otelin açılışı zamanı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək istədiyini bildirib. İş adamının bunun üçün artıq rəsmi müraciət etdiyi bildirilir. Türkləri və Türkiyəni çox sevdiyini deyən İsmayılov özünün də türk olduğunu vurğulayıb: "Rusiya pasportu gəzdirirəm, amma soyadım İsmayılovdur. Oğlumun adı isə Şərxandır. Mən Türkiyəyə aşiqəm, bu səbəbdən Türkiyə vətəndaşı olmaq istəyirəm. Özümü sizə çox yaxın görürəm". İş adamı dünyanın ən bahalı otelini Antalyada tikdirməsini türklərə olan sevgisilə əlaqələndirib. "Antalyada gəzəndə burada otel tikdirməyə qərar verdim. Bu otel üçün 1.4 milyard dollar xərclədim, ən xırda detallarla özüm şəxsən maraqlandım", - deyən İsmayılov Türkiyədə bundan daha böyük otel tikdirəcəyini söyləyib. T.İsmayılov iqtisadi böhranın onun biznesinə o qədər də təsir etmədiyini deyib və bunu vaxtında düzgün qərarlar verməsilə əlaqələndirib. Telman İsmayılov otelin yeri üçün seçdiyi ərazi ilə bağlı suala da cavab verib: "Bu otelin yanında "Kremlin Palace" var. Bunu bir türk iş adamı inşa etdirib. Mən də Kremlin yanında İstanbulu yaratdım". Məlumatlara görə, iş adamının Türkiyə vətəndaşlığına keçməyini əsas səbəblərindən biri də Rusiyada üzləşdiyi problemlərlə bağlıdır. Baş prokuror Yuri Çayka da bazar günü "Rossiya" telekanalında "Vesti nedeli" proqramına müsahibəsində bildirib ki, "Çerkizov" bazarına ən azı 6 min konteynerə yerləşdirilmiş qaçaqmal yükü daxil olub. Baş prokuror qeyd edib ki, yükün dəyəri təxminən 2 mlrd. dollardır və əlavə edib ki, yükün "nə sahibi, nə göndərilmə ünvanı var". "İstintaq müəyyən edib ki, 2008-ci ilin sentyabrınadək bir qrup müəyyən olunmamış şəxs Baltik gömrüyündən sənədsiz mal keçirərək "Çerkizov" bazarı ərazisində "AST" şirkətinin anbarlarına yerləşdirib" - deyə prokurorluğun məlumatında bildirilir. Fakt üzrə CM-nin 238-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların istehsalı, saxlanması, daşınması və ya satışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi) cinayət işi açılıb. Bu maddə 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Xəbəri RİA "Novosti" yayıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости