Amerikalı təyyarədə striptiz göstərdi
02
июл
2009
12:43
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| ABŞ-ın Şimali Karolina ştatından Kaliforniyaya uçan təyyarə Nyu-Meksiko ştatının Albukerke ştatının hava limanında təcili yerə enib.Buna Nyu-Yorkun 50 yaşlı sakininin uçuş zamanı striptiz göstərməsi səbəb olub.Keyt Rayt adlı kişi çılpaq soyunaraq salonda qaçmağa başlayıb. O, xidmət personalının etirazlarına məhəl qoymayıb. Stüartlar onu geyindirməyə cəhd edəndə, Rayt aqressivlik nümayiş etdirməyə başlayıb.Matt Makqinns adlı sərnişin bildirib ki, Rayt müqavimət göstərdiyinə görə, onun qollarına qandal taxılıb. Təyyarədə baş verən hadisə zamanı Makqinns də zədələnib.Təcili enmədən sonra Raytı Federal Təhqiqat Bürosunun əməkdaşlarına təhvil veriblər. İlkin məlumata görə, striptizçi sərnişin son dərəcə kefli olub. Onun aqressivliyi daima qəbul etdiyi dərmanları həmin gün içməməsi ilə də bağlı ola bilər. Amma Raytın hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilmir. |
Похожие новости
Обновлен международный санкционный список Азербайджана
В международный санкционный список Азербайджана внесены изменения. Как сообщает Служба финансового мониторинга, обновленные списки опубликованы на официальном с...