Allah qurbanlarınızı qəbul etsin!

Allah qurbanlarınızı qəbul etsin!
Общество 3920
Bu gün müqəddəs Qurban bayramıdırBu gün İslam aləmində iki ən böyük bayramdan biri olan Qurban bayramı qeyd olunur. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə erkək qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanlığın əti əsasən kasıblara paylanılır, hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Qeyd edək ki, Qurban bayramı ən qədim bayramlardandır. Qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Dini qurban kəsmənin tarixi İbrahim peyğəmbərin həyatında baş verən bir əhvalatla əlaqələndirilir. Allah İbrahim peyğəmbərin imanını yoxlamaq üçün yuxuda ona oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olur, İsmayıl özü də qurban olmağa razılaşır. İbrahim peyğəmbərin imanına sadiqliyini təsdiqlədiyi üçün Allah son anda ona qurban kəsmək üçün qoç göndərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Bu il Nazirlər Kabinetinin qərarına əsasən, bu il 16 və 17 noyabr Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq.Lent.az Qurban bayramı münasibəti ilə hər kəsi təbrik edir. Allah kəsdiyiniz qurbanları qəbul etsin, diləkləriniz qəbul olunsun. Qoy bu bayram hər birinizə xoşbəxtlik gətirsin, süfrələriniz bərəkətli olsun. Şəhidlərimizin ruhu şad, Vətənimiz üçün bəslədiyimiz arzular çin olsun. Bayramınız mübarək!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

78 Общество 22:55 28 октября 2026

Последние новости