850 Məktəbin məzunu Tələbə ola bilməyib!
11
янв
2010
00:02
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
263153511_shkolniki.jpg|-->“2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 107 min abituriyentin 39,2 faizi 0-100 bal arasında nəticə göstərib. Bu, o deməkdir ki, həmin abituriyentlərin heç biri həmin nəticələrlə ali təhsil ala bilməz. Amma biz məcburuq ki, 50-100 bal arasında nəticə göstərmiş 2,6 faiz abituriyenti də ali məktəblərə qəbul edək. Belə olmamalıdır, ali təhsil almaq istəyən insan 50 bal toplayıbsa, gələcəkdə heç idman müəllimi də işləyə bilməz. Təəssüf ki, həmin ali məktəblərdə işləyən mütəxəssislər belə fikirləşmir, reallıq belədir”.Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair çıxışlarındadır. Əslində bu faktlar Azərbaycanda təhsilin, xüsusən də orta təhsilin hansı vəziyyətdə olduğuna dair tam təəssürat yaradır. Baxmayaraq ki, ölkədə təhsilin vəziyyətinə dair narahatlıq doğuran məsələlər hər il müxtəlif səviyyələrdə müzakirə olunur, birgə çıxış yolları axtarılır. Nəticə isə dəyişmir. Əksinə, bəzi sahələrdəki geriləmələr bir qədər də artdığı müşahidə olunur.TQDK-nın 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik təhlillərində daha maraqlı faktlar tapıb. Məlum olub ki, 2009-cu il qəbul imtahanlarında ölkə üzrə 3143 məktəbin, 46 dövlət və özəl liseylərin məzunu iştirak edib. Onlardan 850 məktəbdən bir nəfər də olsun, tələbə adını qazana bilməyib.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...