Əlvida, kral! -Əlvida, M.J

Əlvida, kral! -Əlvida, M.J
Общество 4231
Əlvida, kral! -Əlvida, M.J
Əlvida, kral! -Əlvida, M.J
Əlvida, kral! -Əlvida, M.J
Əlvida, kral! -Əlvida, M.J
Peris Cekson: “Maykl, mən səni sevirəm... Sən ən yaxşı ata idin...”Bütün dünya əfsanəvi müğənni, pop musiqisinin kralı Maykl Ceksonla vidalaşdı. BaKu.Ws-ın məlumatına görə, minlərlə pərəstişkarı Maykl Ceksonla vidalaşmaq üçün Los-Ancelesdəki “Staples Center”ə toplaşıb.Vida mərasimi yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə saat 20-də) Hollivudun “Forest Lawn” qəbiristanlığında başlayıb. Oraya müğənninin ən yaxın qohumları və dostları dəvət olunub. Ümumi vida mərasimi isə Bakı vaxtı ilə 21:30-da başlayıb və 2 saatdan çox davam edib. Cekson qızılı rəngli tabutunu zala onun qardaşları gətiriblər. Səhnəni müğənninin üzərində “Maykl Cekson, pop kralı (1958-2009)” yazılan nəhəng fotosu bəzəyib. Səhnənin aşağı hissəsi isə əklillər və gül səbətləri ilə bəzədilib.Mərasimi milyonlarla adam izləmək istəsə də, cəmi 17 min adama icazə verilib. Onların çoxu bu şansı xüsusi olaraq keçirilən pulsuz lotoreya vasitəsilə əldə edib. Vida mərasimi keçirilən ərazini 1,4 mindən çox polis işçisi qoruyub.Matəm mərasimində və Ceksonun xatirəsinə həsr olunan vida konsertində Smoki Robinson, Stivi Uander, Kuin Lətifə, Cennifer Hadson, Kobi Braynt, Medjik Conson, III Marten Lüter Kinq, Meray Kerri, Bruk Şilds, Layonel Riçi, Cenifer Keyt Hadson və digər məşhur şəxslər iştirak ediblər. Vida mərasimini dünyanın onlarla telekanalı birbaşa nümayiş etdirib.Smoki Robinson vida mərasimini giriş sözü ilə açaraq Nelson Mandela və Dayana Rossun məktubunu oxuyub. Bundan sonra məşhurlar bir-birinin ardınca çıxış edərək Ceksonla vidalaşıblar. Mərasimin ən təsirli anlarından biri Maykl Ceksonun böyük qardaşı Cermen Ceksonun gözlərindən yaş axa-axa onun ən sevimli mahnısını ifa etməsi olub. Ceremen qardaşı üçün dahi Çarli Çaplinin “Hazırkı vaxtlar” filmindən “Smile” (Təbəssim) mahnısını oxuyub və əlavə edib: “Mən səni sevirəm, Maykl”.Mərasimin sonuna yaxın bütün iştirakçılar, o cümlədən Maykl Ceksonun ailəsi səhnəyə qalxaraq bir yerdə “We are the world” – “Biz – dünyayıq” mahnısını ifa ediblər. Qeyd edək ki, 1985-ci ildə bir çox məşhur ifaçıların, o cümlədən Ceksonun özünün ifa etdiyi bu mahnını Maykl Cekson və Layonel Riçi yazıblar. Mahnı Efiopiyada aclıq çəkən insanlara yardım məqsədi daşıyıb.Sonda səhnədə ancaq Maykl Ceksonun ailəsi – qardaşları, bacısı Canet Cekson və uşaqları qalıblar. Qardaşı Marlon Cekson bütün ailə adından Maykl Ceksona müraciət edib: “O, cənnətin səsi olacaq. O, bizim onun yanına gəlməyimizi gözləyəcək. Mən xatırlayıram ki, biz vidalaşanda mən sənə deyirdim: “Səni sevirəm”. Sən isə cavab verirdin: “Mən səni daha çox sevirəm”. Maykl, sən Yer üzündə işini sonna çatdırdın. Ona gbrə də, Allah səni öz yanına apardı. Etdiklərin üçün çox sağ ol. Qardaşımız Rendini qucaqla. Mən səni sevirəm, Maykl”.Vida sözünü isə Maykl Ceksonun qızı Peris Cekson deyib. Qızcığaz atasının tabutu önündə hönkürüb: “Maykl, mən səni sevirəm… Sən ən yaxşı ata idin…”lent.az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости