Əli Əkbərin “Sarı Gəlin”i çap olundu
Узнавайте о новостях первыми
Tanınmış yazıçı Əli Əkbərin sayca 6-cı kitabı işıq üzü görüb.
Əli Əkbərin baku.ws-a verdiyi məlumata görə, yenicə çap olunmuş romanın adı “Sarı gəlin”dir: “Roman hələlik kitab mağazalarına paylanmayıb. Yaxında kitabın təqdimatı olacaq və kitab mağazalarına paylanacaq”.
“Roman bu günə qədər yazdıqlarımın içərisində mənə ən çox əzab verən, ağrıdan roman oldu. Oxucu romanla tanış olanda nə demək istədiyimi başa düşəcək. Roman Ermənistan-Azərbaycan konflikti kontekstində yazılmayıb. Sadəcə qəhrəmanlarımdan biri bu mahnı başda olmaqla, bizim dırnaqarası milli-mental dəyərlərimizin müdafiəçisidir. Yeni romanda həm siyasi satira, həm detektiv elementləri var, istəyən triller də deyə bilər” – deyə müəllif bildirir.
Qeyd edək ki, “Sarı gəlin” romanının redaktoru Elnur Astanbəylidir.
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...