“Şamaxı-Pirqulu” Turu - 7 İYUN, 2009 CƏMİ : 14 AZN
21
май
2009
13:38
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| “Şamaxı-Pirqulu” Turu - 7 İYUN, 2009 - CƏMİ : 14 AZN 07:00-10:00 - Bakı-Şamaxı yolu. Yolüstü “Diri Baba” ( 1402-ci il ) türbəsini, “Pirsaat Piri”nə ziyarət. 10:00-13:00 – Şamaxı ərazisində bütün tarixi abidələrdə gəzinti: Şamaxıda bizi professional beledçi qarşılayacaq ve qarşıladığı andan bizə Şamaxının mədəniyyəti, tarixi abidələri haqqında məlumat verməyə başlayacaq. Yox bu darıxdırıcı olmayacaq. J Əksinə çox maraqlı olacaq. İlk ekskursiyamız Tarix Diyarşünaslıq Muzeyi olacaq. Burda Siz əyani olaraq Şamaxının tarixini gözlərinizlə görəcəksiniz. Sonra səfərimiz “Cümə Məscidinə”(VIII əsr) olacaq. Xalçaçılıq sexində Şamaxı xanımlarının qədim üslubla xalça toxumasına tamaşa edəcək və Şamaxı xalçaları haqqında ətraflı məlumat alacaqsınız. Şamaxıda həmçinin görkəmli şairimiz M.Ə Sabirin ev muzeyinə ziyarət edəcəyik. Yeqin “Nəsimi” filminə baxmısınız. Həmin filmdə çəkilmiş olan Şah Xəndan türbəsini də görmək şansınız olacaq. Şamaxının ən görkəmli tarixi abidələrindən biri də, Yeddi Gümbəz ( VIII –XV ci əsr. ) Türbəsidir. Sonuncu ziyarətimiz Misgərlik dükanına olacaq. Şamaxı turundan sonra səfərimiz Pirquluya olacaq. Pirquluda “DƏDƏ QORQUD İSTİRAHƏT MƏRKƏZİ”-nə yerləşmə. 13:0-14:00 – Nahar etmek ucun vaxt + Samovar Çayı.( “DƏDƏ QORQUD İSTİRAHƏT MƏRKƏZİ”) 14:00-15:00 Asudə vaxt.15:00 – 17:00 Şamaxı dağlarında, meşəliklərində səyahət.17:00 – 18:00 Asudə vaxt. Çay süfrəsi. Dönüşə hazırlıq. 18:00 – 21:00 Şamaxı - Bakı yolu Turun qiyməti: 14 AZN Son qeydiyyat tarixi: 30 may 2009 cu il Qiymətə daxildir: Avtobus ( Mercedes 403)Avtobusda qəlyanaltı ( Su və sirniyyat)Çay süfrələriProfessional Bələdçi Tel: (050) 377 31 13 |
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...