“Şamaxı-Pirqulu” Turu - 21 İYUN - 25 AZN

“Şamaxı-Pirqulu” Turu - 21 İYUN - 25 AZN
Общество 8
“Şamaxı-Pirqulu” Turu - 21 İYUN, 2009 07:00-10:00 - Bakı-Şamaxı yolu. Yolüstü “Diri Baba” ( 1402-ci il ) türbəsini, “Pirsaat Piri”nə ziyarət. 10:00-13:00 - Şamaxı ərazisində bütün tarixi abidələrdə gəzinti: Şamaxıda bizi professional beledçi qarşılayacaq ve qarşıladığı andan bizə Şamaxının mədəniyyəti, tarixi abidələri haqqında məlumat verməyə başlayacaq. Yox bu darıxdırıcı olmayacaq. J Əksinə çox maraqlı olacaq. İlk ekskursiyamız Tarix Diyarşünaslıq Muzeyi olacaq. Burda Siz əyani olaraq Şamaxının tarixini gözlərinizlə görəcəksiniz. Sonra səfərimiz “Cümə Məscidinə”(VIII əsr) olacaq. Xalçaçılıq sexində Şamaxı xanımlarının qədim üslubla xalça toxumasına tamaşa edəcək və Şamaxı xalçaları haqqında ətraflı məlumat alacaqsınız. Şamaxıda həmçinin görkəmli şairimiz M.Ə Sabirin ev muzeyinə ziyarət edəcəyik. Yeqin “Nəsimi” filminə baxmısınız. Həmin filmdə çəkilmiş olan Şah Xəndan türbəsini də görmək şansınız olacaq. Şamaxının ən görkəmli tarixi abidələrindən biri də, Yeddi Gümbəz ( VIII –XV ci əsr. ) Türbəsidir. Sonuncu ziyarətimiz Misgərlik dükanına olacaq. Şamaxı turundan sonra səfərimiz Pirquluya olacaq. Pirquluda “DƏDƏ QORQUD İSTİRAHƏT MƏRKƏZİ”-nə yerləşmə. 13:0-14:00 – Nahar ( “DƏDƏ QORQUD İSTİRAHƏT MƏRKƏZİ”)“Assorti Kəbab” + buğlama, salat, + Samovar Çayı. 14:00-15:00 - Asudə vaxt. 15:00 – 17:00Şamaxı dağlarında, meşəliklərində səyahət. 17:00 – 18:00 - Asudə vaxt. Çay süfrəsi. Dönüşə hazırlıq. 18:00 – 21:00 – Şamaxı - Bakı yolu Turun qiyməti: 25 AZN Son qeydiyyat tarixi: 18 İYUN 2009 – cu il Qiymətə daxildir: Avtobus ( İsuzu 28 nəfərlik )Avtobusda qəlyanaltıNahar yeməyi Çay süfrələriProfessional Bələdçi Qeydiyyata düşmək üçün:Tel: 050 377 31 13MSN: ORXAN@BAKU.WSE-MAIL: MAMEDOV23@@YAHOO.COM
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости