Şəmkirdə 23 barmaqlı uşaq dünyaya gəlib

Şəmkirdə 23 barmaqlı uşaq dünyaya gəlib
Общество 4163
261328880_barmaq.jpg|--> Üç gün əvvəl dünyaya gələn uşağın hər iki ayaq və sol əl barmaqlarının sayı 6-dır.Azərbaycanın Şəmkir rayonunda maraqlı hadisə baş verib. 3 gün bundan əvvəl Şəmkir Rayon Xəstəxanasında dünyaya gələn oğlan uşağının hər iki ayaq və sol əl barmaqlarının sayı 6-dır.Bu barədə ANS PRESS-in qaynar xəttinə uşağın atası, rayonun Günəşli kənd sakini 30 yaşlı Şükür Hüseynov məlumat verib.ANS PRESS əməkdaşı ilə söhbətində Ş.Hüseynov bildirib ki, bu, onun ikici ovladıdır. Yaşadıqları ərazi şəhər xəstəxanasından uzaqda yerləşir və körpünün olmaması gediş-gəlişə böyük problem yaratdığından həyat yoldaşı, 21 yaşlı Lyudmila Tağıyeva həkim nəzarətində az olub.Qeyd edək ki, bu cür nadir anomaliya "polidaktiliya" adı ilə məşhurdur və əsasən genlə ötürülür. Amma Ş.Hüseynov deyir ki, nəsillərində 6 barmaqlı uşaq heç vaxt doğulmayıb.Uşaqda altı barmağın olması valideynlər üçün gözlənilməz olub və onlar hansı addım atacaqlarını bilmirlər.lent.az Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости