Şəki Səfəri - 8-9 MAY - 35 AZN

Şəki Səfəri - 8-9 MAY - 35 AZN
Общество 3

Şəki Səfəri - 8-9 MAY - 35 AZN 8 MAY 24:00 – Bakı–Şəki yolu 9 MAY 03:00 – Şamaxı - İsmayıllı yolunda tənəffüs və çay süfrəsi. 06:30 - Şəki şəhərində qarşılanma 06:30 – 08:00 – Soyuq Bulaq restoranında asudə vaxt. 08:00-09:30 Səhər yeməyi ( Soyuq bulaq restoranı ) ( Səhər yeməyi: hər adama 2 ədəd soyutma yumurta, yağ pendir, bal, çay, şəkər, çörək. ) 10:00-13:00 Şəki TuruŞəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşdirilməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminəmanlıq diləyən məntlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Diyarşünaslıq muzeyi, Xalq tətbiqi sənət muzeyini ziyarət. Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində “Gələrsən - görərsən” qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əl-çatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Şəki şəhərində M.F.Axundovun ev muzeyi.Şəhərin mərkəzində çay süfrəsi. 13 00-14 00 Bazar (alış- veriş) 14 00-15 30 Nahar yeməyi ( Nahar yeməyi: çoban salatı, pendir, turşular, piti, tikə, lülə və ya basdırma kabab, su, sok. ) 15:30-16:30 Kiş məbədiKiş kəndindəki qədim alban kilsəsi (I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında “şirima” deyilən iri daşdan tikilmişdir. 18:00- Şəki-Bakı yolu. 20:00–21:00 - Şam yeməyiİsmayıllı – Şamaxı yolunda restoranda 21:00-23:00 – Bakıya çatma. Turun qiyməti: 35 AZN Son qeydiyyat tarixi: 7 MAY Qiymətə daxildir: Komfortlu Avtobus ( 46 nəfərlik Mercedes 403 və yaxud 28 nəfərlik ISUZU. )Səhər yeməyiNahar Çay süfrələriProfessional BələdçiProqramda göstərilən bütün muzey giriş ödəmələri. Qiymete daxil deyil:Şam yeməyi

Qeydiyyata düşmək üçün:Tel: 050 377 31 13 E-mail: mamedov23@yahoo.com

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости