İnternetin 40 yaşı tamam olur
02
сен
2009
14:40
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Tim Bernes-Li Qlobal Şəbəkəni icad edəndən sonra internet evlərə gəlibBu gün internetin 40 yaşı tamam olur. BaKu.Ws-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 1969-cu ilin sentyabr ayının 2-də 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya Universitetində Len Klyanrokun laboratoriyasında toplaşıblar. Tədqiqatçılar uzunluğu üç metr olan boz rəngli kabel vasitəsilə bir kompüterdən digərinə mətnli məlumat göndərməyə başlayıblar. Bununla da internetin prototipinə, “Arpanet” şəbəkəsinə start verilib. Məhz həmin tarix bu gün bizim internet adlandırdığımız fenomenin yaradılması tarixi hesab olunur. 70-ci illərdə elektron poçt və TCP/IP protokolu, 80-ci illərdə ünvanlar sistemi yaradılıb. 90-cı illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin fiziki Tim Bernes-Li məsafədə olan məlumatlara yeni və olduqca daha asan çıxış üsulu, yəni Qlobal Şəbəkəni icad edəndən sonra internet evlərə gəlib. |
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...