İnsanların ən firavan yaşadığı ölkə

İnsanların ən firavan yaşadığı ölkə
Общество 3687
263815341_flag_of_finland.png|-->Ümumi məlumat: Dağ xizək kurortları finlərin fəxridir. Finlandiyada 150-yə yaxın belə kurort var. Onlar əsasən, ölkənin mərkəz və şimal hissəsində yerləşir və ən məşhur xizək mərkəzləri Levi, Tahko, Ruka, Yullas, Vuokatti, Himosdur. Söhbət təkcə hündür dağlardan və dik enişlərdən getmir, həm də mükəmməl təşkil edilmiş, komfortlu və təhlükəsiz istirahətdən gedir. Fin qayaları uşaqlara xizək sürməyi öyrətmək və ailəvi istirahət etmək üçün çox əlverişlidir. Cənubi Finlandiya dağlarının əksəriyyətində enişlərin hündürlüyü 50-80 metr, uzunluğu 400-600 metr arasıdır. Bu enişlər təcrübəsiz xizəksürənlər üçün ən yaxşı təlim yeridir. Mərkəzi Finlandiyada enişlər daha hündür və uzundur. Dağ xizəkçiləri üçün ən cəlbedici yer ölkənin şimalında yerləşir: Vuiokatti və Levidə enişlərin uzunluğu 1000-2500 metr arasıdır. Yamacların çoxu yaxşı işıqlandırılıb və bir neçə qaldırıcı kranlar (liftlər) var. Bəzi yerlərdə yamaclarda əyləncə parkları fəaliyyət göstərir. Böyük kurortlarda təlimlər üçün xizək məktəbləri açılıb. Bir dərs 50 dəqiqə davam edir. Bir fərdi məşğələnin qiyməti 30-40 avrodur. Həm qaldırıcı kranlarda, həm də enişlərdə təhlükəsizliyə təminat verilir. 263815346_finlandiya-9.jpg|-->
İnsanların ən firavan yaşadığı ölkə
MEHMANXANA VƏ KOTTECLƏRFinlandiyanın qış turist mərkəzləri komfortlu otellərdə və rahat, yaxşı təchiz olunmuş kotteclərdə yerləşdirilmənin müxtəlif variantlarını təklif edir. Kurort mehmanxanalarında xidmət çox yüksək səviyyədə təşkil olunur. Burada yaxşı dincəlməklə yanaşı, restoranlarda milli və Avropa mətbəxinin təamlarından dadmaq olar. Mehmanxanaların dəhlizində idman tədbirləri, müxtəlif proqramlar və ekskursiyalarla bağlı istənilən informasiyanı tapmaq olar. Kotteclər, adətən yamaclara yaxın ərazilərdə yerləşir. Standart evciklər 4-6, daha genişləri isə 10-12 nəfərə hesablanır. Ölkənin şimalında yerləşən kotteclərin çoxu taxtadan hazırlanıb, daxilində yataq və qonaq otağı, mətbəx, tualet, duş otağı, sauna, qab-qacaq dəsti, mikrodalğalı soba, televizor, radio, telefon və s. var. Kotteci müvafiq kurortun veb səhifəsindən internetlə də kirayələyə bilərsiniz. Mövsümdə 4-6 nəfərlik evin bir sutkalıq ortalama qiyməti 160 avroya bərabərdir. Maksimum qiymət 12 nəfərlik kottec üçün sutkada 500 avrodur. Bu məbləğə aeroportdan kottecə və əks istiqamətə yolun qiyməti də daxildir. Az miqdarda pul ödəyərək hətta mağazadan ərzaq da sifariş edə bilərsiniz.QARLI SAFARİLƏREkzotika, qış təbiətinin gözəlliyi və möhtəşəm qar təpələri - bütün bunlar safariyə çıxmağı qərara alanlar üçün unudulmaz təəssüratlar vəd edir. XX əsrin əvvəllərində milli fin xizəkləri ölkənin qarlı yollarında nəqliyyatın ən geniş yayılmış növlərindən biri idi. İndi onlar böyük uğurla yenidən qayıdır. Əvvəllər bu maraqlı nəqliyyat vasitəsində bir nəfər itələyən, bir nəfər də sərnişin olurdu. İndi isə eyni anda bir neçə sərnişin daşıya bilən xizəklər var. Fin xizəklərində təklikdə və ya qrup halında gəzintiyə, maraqlı safariyə və ya alış-verişə çıxmaq olar. İtlər bağlanmış xizəklərdə gəzintiyə çıxmağın ayrı ləzzəti var. Həyəcanlı macəra zamanı 4-6 itdən ibarət qoşqunu idarə etməli olacaqsınız. Heyvanların sayı sərnişinin və yüklənmiş yükün çəkisindən, həmçinin təklif olunmuş səyahətin müddətindən asılıdır. Qısa (1 km uzunluğa) və eləcə də uzunmüddətli - 10 günlük gəzintiyə çıxmaq olar. Safarinin bir növü də motoxizəklərlədir. Bu cür xizəklərdə sürətli səfər maraqlı olmaqla yanaşı, çox sadədir. Müxtəlif variantlardan öz hazırlıq səviyyənizə uyğun olanını seçə bilərsiniz: təcrübəsizlər üçün qısa gəzintilərdən tutmuş, peşəkarlar üçün daha uzaq ekspedisiyalara kimi.263815313_110391140_1f0dc443d3.jpg|-->
İnsanların ən firavan yaşadığı ölkə
BUZALTI OVQışda balıq ovu Finlandiyada artıq idman növünə çevrilib. Ələlxüsus da buzaltı ov üçün başqa ovlardan fərqli olaraq xüsusi icazə tələb olunmur. Bəziləri üçün buzda kəsilmiş yumru dairədən balıq ovlamaq əyləncə, digərləri üçün səmərəli vaxtkeçirmə və həyəcanverici yarışdır. Sizə yalnız isti paltar, tədarük, tilov, qarmaq və oturacaq lazımdır. Əgər qış ovuna ilk dəfə gedirsinizsə, təcrübəli ustalar sizə dəyərli məsləhətlər verəcək və lazımi köməkliyi göstərəcək. Turist firmaları qışda balıq ovunu sevənlərə ovun müxtəlif üsullarını təklif edir: gölün ətrafında oturmaq, fermaya getmək, və ya gecə edilən balıq ovundan həzz almaq. Elə yerlər var ki, hətta qışda da donmur. Soyuq su və oksigenin çoxluğu isə balıqların aktivliyini təmin edir. Finlandiyanın buzları altından tutulan balıqlara əsasən xanı balığı və durnabalığı daxildir. Bunlardan əlavə, ekzotik alabalıq və ya nalim tutmaq şansı da var. Nalim ovu üçün ən yaxşı vaxt qaranlıq yanvar və fevral gecələridir. Hətta ovladığınız balıq yaxşı şam yeməyi təşkil etməyə çatmasa belə, onu qızardıb ocağın ətrafında dincəlməklə yenə də çoxlu təəssüratlar əldə edəcəksiniz. 263815278_333853.jpg|-->
İnsanların ən firavan yaşadığı ölkə
MƏTBƏXFin mətbəxinin Kareliya mətbəxi ilə bir çox oxşar tərəfləri var. Fin yeməkləri ənənəvi olaraq ekoloji təmiz təbii ərzaqlardan hazırlanır. Hər yemək reseptə ciddi əməl olunmaqla yüksək keyfiyyətli inqrediyentlər əsasında hazırlanır. Finlər yeməklərində balıqdan, tərəvəzlərdən və yarmadan çox istifadə edirlər. Müxtəlif dənli bitkilərdən hazırlanan südlü yulaf yarması xüsusilə məşhurdur. 180 mindən çox gölü olan ölkədə balıq yeməklərinin üstünlük təşkil etməsi heç də təəccüblü deyil. Qızılbalıq, alabalıq, çil qızıl balıq, durnabalığı, xanı balığından müxtəlif kombinasiya və variantlarda yeməklər hazırlanır. Ət yeməklərindən qızardılmış və ya suda bişirilmiş mal ətinə üstünlük verilir. Maral və quş ətindən başqa digər ət yeməklərində Avropa, ən çox da Fransa mətbəxinin təsirləri görünür. Fin mətbəxinin milli ərzaqlarına arpa yarması və unu, salaka (balıq), şalğam, piy, yağ, süd, qaymaq aiddir. Demək olar elə bir resept yoxdur ki, tərkibində bu ərzaqlardan ən azından biri olmasın. Milli yeməklərin 75%-dən çoxunda onlardan istifadə olunur. Desertə gəlincə, şimal giləmeyvələri və meyvələrdən - quşüzümü, sarı böyürtkən, moruqdan hazırlanmış kökələr üstünlük təşkil edir. Fin mətbəxinin tipik içkisi lapland pivəsi olan «Lapin Kulta», həmçinin ev kvası və kişmiş kiseli hesab olunur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Нападение на съемочную группу около бакинской школы: есть задержанные

Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...

41 Общество 22:55 28 октября 2026

Последние новости