"İlhamə qocalıb, mən də kişiyəm"

İlhamə qocalıb, mən də kişiyəm
Общество 3958
262980451_remish4fc7.jpg|--> - Ancaq səviyyəli verilişlərin dəvətini qəbul edirəm. Məsələn, bu gün "Günə baxan" verilişinə məmnuniyyətlə gəldim. Mən o biri verilişlərə gedib, cavan-cavan qızlarla çalıb-oxuyan deyiləm ki. Bir veriliş var, orda bəziləri bahalı maşınlarını göstərib, lovğalanırlar. Ay balam, 6 yaşım olanda artıq maşın sürürdüm. İndiyə kimi heç kim bilməyib ki, mən hansı maşın sürmüşəm. - Siz daima düşündüyünüzü elə fikirləşdiyiniz kimi söyləyirsiniz?Mən həmişə nə fikirləşmişəmsə, onu da dilə gətirmişəm. Amma baxır nəyi. Məsələn, dövlət tərəfindən mənə ev veriləndə, bu barədə heç kimə heç nə deməmişdim. Özümə görə kimdənsə xahiş etməmişəm. Cavan qızların əlindən imkan tapmırlar ki, bizə də yardım əlini uzatsınlar. - Toy mərasimlərində iştirak edirsiniz? İndi mənim toya gedən vaxtım deyil axı, 60-dan çox yaşım var, utanıram artıq toya getməyə. Ona görə də prezidentin verdiyi üçotaqlı evi təmir eləməyə pulum yoxdu, hardan tapım axı o qədər pulu? Heç olmasa fəxri ada görə ayda aldığım pulu artırsınlar. Artıq satmağa da bir şeyimiz yoxdu, təkcə maşındı. Onu da satsam, qalacam piyada. - Xalq artisti İlhamə Quliyeva bu yaxınlarda ANS kanalında çıxışı zamanı belə bir ifadə işlətmişdi ki, prezidentin verdiyi evin təmiri ilə məmurlar maraqlanmalıdır.O, xanım düz deyir. Amma İlhamə qocalıb, mən də kişiyəm. Hansısa məmur neyləyir e bizi, üstəlik maddi köməklik də eləsin. Kukla kimi qızlara həm pul xərcləyirlər, həm də onlardan hər cürə istifadə edirlər də. İlhamənin mən boyda oğlu var, mənim də Gülü kimi xanımım var. Bizim nəyimizdən istifadə edəcək? Amma vaxt gələcək onlar çox peşman olacaq. Hər bir insan keçmişini unutmamalıdır. - Konsert, klip kimi layihələrinizi də reallaşdırmadınız.Konserti sənətkar üçün dövlət etməlidir, gedib sponsor tapan deyiləm, ya da hansısa qızı qucaqlayıb klip çəkdirməyəcəm. Mən qazandığım pulları vaxtı ilə restoranlarda xərcləmişəm. Daha bəziləri kimi cangüdənlərin arasında gizlənməmişəm, çünki heç kimdən çəkinəcəyim olmayıb.- Bakını tərk etmişdiniz. Getməyinizə səbəb nə idi?O vaxt Mədəniyyət nazirindən xoşum gəlmirdi, çıxıb getdim Moskvaya. Sonra eşidəndə ki, onu dəyişiblər qayıtdım. Mən heç kimdən qorxmuram, onların şəxsiyyəti olsaydı, Xalq artisti adını 21 yaşındakı qızlara yox, mənə verərdilər. Bəzi çalıb-oxuyanlara pul ayırırlar, mənə də versinlər də. Bunu deməklə, ağlamıram, kişi kimi danışıram. Ayda 50-100 manat mənə versələr, yavaş-yavaş evimi təmir edərdim, kiminsə evində qalmazdım da.- Kimin evində qalırsınız?Rusiyada yaşayan bir dostum var, onun evində. Dar günümə heç nə alıb atmamışam, qabaq gözüyumulu yaşayırdım, indi gözüaçığam. - Deyirsiniz ki, artıq pis vərdişlərinizi tərgitmisiniz. Bəs indi qazandıqlarınızı hara xərcləyirsiniz?İndi ayda bir-iki toya gedirəm. Düzdü dəvət edirlər, amma çoxuna "yox" deyirəm. Həm də ki, mən boyda sənətkara 500-600 manat pulu kəsə-kəsə verirlər, amma bir qız gəlib orasını-burasını burcudur, ona 15 min verirlər. Belə şeylər şəxsiyyətə toxunur. Ona görə də o cürə toylara getmək ləzzət eləmir.- Bəs necə dolanırsınız?Qızıl saatımı, Gülünün qolbağını və bir neçə xırda-para şeyləri satıb yeyirəm. - Gitara deyəndə Rəmiş yada düşür. Tələbələriniz də yoxdu. İstəmirsiniz sizi əvəz edən biri olsun?Mənim kimi ifa edə bilərlər, amma mənim kimi yadda qala bilməzlər. Mən həm də xasiyyətimlə tanınıram. Son pulumu dilənçiyə verirəm. Bu ay ərzində mənə hədiyyə olunan 2 çox bahalı kostyumu restoranda işləyən ofisianta bağışladım. Allah özü mənim köməyi olsun, bəsimdi.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости