235 metr hündürlükdə püşkatma mərasimi

235 metr hündürlükdə püşkatma mərasimi
Общество 2258
265480457_jerebyovka.jpg|-->Fevralın 7-də Polşanın ən hündür binasında Avropa ölkələrinin futbol üzrə milli komandalarının qarşıdakı 2 il üçün həyat yolu müəyyənləşəcək.Varşava şəhərində 235 metr hündürlükdə olan və 55 il öncə sovet mütəxəssisləri tərəfindən tikilən Mədəniyyət və Elm Sarayında 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. 1150 qonağın qatılacağı mərasimi ukraynalı teleaparıcı Maşa Yefrosinina ilə polşalı həmkarı Pyotr Sobçinski aparacaq. Qonaqlar arasında AFFA-nın baş katibi Elxan Məmmədovla yığmamızın baş məşqçisi Berti Foqts da olacaq. 45 dəqiqə davam edəcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq və 600 milyon nəfər tamaşaçı auditoriyasına malik 100-dək ölkəyə yayımlanacaq. Varşavaya qonaqları 100 aviareyslə gözləyirlər. Onların hava limanından mehmanxanaya gəlişi üçün 56 minik maşını, 13 avtobus və 3 limuzin kirayələnib. UEFA Rusiya və Gürcüstan, eləcə də Azərbaycan və Ermənistanın eyni qrupa salınmayacaqlarını elan edib. Quruma üzv olan 53 ölkədən 51-i 6 səbətə bölünüb. I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya.II səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya.III səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina.IV səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr.V səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn.VI səbət: AZƏRBAYCAN, Lüksemburq, Malta, Farer adaları, Andorra, San-Marino.Seçmə mərhələyə 2010-cu il sentyabrın 3-də start veriləcək və 2011-ci il noyabrın 15-də yekun vurulacaq. Təşkilatçı ölkələr – Polşa ilə Ukrayna isə 2011-ci il dekabrın 11-də baş tutacaq final mərhələsinin püşkü zamanı rəqiblərini öyrənəcəklər. lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости