23.12.2009 Azərbaycanda Bələdiyyə seçkisi günüdür
23
дек
2009
01:51
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
261517537_belediiye.jpg|--> Seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı 31 minə yaxındır. Seçkilər 4813 seçki məntəqəsində keçiriləcək.Seçki siyahısındakı seçicilərin sayı 4,6 milyona yaxındır.Seçki günü istənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla prosesin gedişini izləyə bilər. Həmçinin, 500 məntəqədə quraşdırılmış “veb-camera” vasitəsilə seçkinin gedişini canlı olaraq izləmək mümkündür.Gün ərzində 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) seçkinin gedişilə bağlı məlumatlar açıqlanacaq.Seçkini izləmək üçün DSK-larda 48 088, MSK-da isə 1 160 müşahidəçi qeydiyyata alınıb.Seçkini 52 nəfər beynəlxalq müşahidəçi də izləyəcək. Onların arasında Avropa Şurası, Avropa İttifaqı, İFES kimi təşkilatların nümayəndələri də var.Bu gün ölkə ərazisində Azərbaycan qeyri-iş günüdür. Belə ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Dekabrın 23-də bütün Azərbaycan ərazisində (işğal altındakı ərazilər istisna olmaqla) bələdiyyə seçkiləri keçirildiyindən, ölkə ərazisində qeyri-iş günü sayılır. Yalnız müəyyən sahədə çalışanlar (asayiş keşikçiləri, sərhədçilər və s.) üçün iş günü olacaq.lent.az Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
В Азербайджане за 9 месяцев обезврежены 146 преступных групп
В Азербайджане в январе-сентябре 2026 года обезврежены 146 преступных групп, совершивших тяжкие и особо тяжкие преступления. Как передает BAKU.WS, об этом говор...