21 İYUN 2009 - LAHIC TURU - 27 AZN
16
июн
2009
10:01
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
21 İYUN 2009 - LAHIC TURU 07:00-11:00 - Bakı-Lahıc yolu 11:00 – 11:30 – Yerləşmə, asudə vaxt və çay süfrəsi. 11:30-12:30 - Qəsəbə ərazisində bütün tarixi abidələrdə gəzinti: Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Lahıclı ustaların düzəltdiyi qablar və silahlar bütün Qafqazda çox həvəslə alınırdı.Lahıcdakı emalatxana və dükanların demək olar ki, hamısı qəsəbənin mərkəzi küçəsi boyunca yerləşmişdir. Mövcud çətinliklərə baxmayaraq öz əcdadlarının işlərini davam etdirən yerli sənətkarlar - misgərlər, sərraclar, döymə işi ustaları, dulusçular, dəmirçilər, papaqçılar az deyil. Lahıc kəndində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı tarixi abidələr mühafizə olunur. Lahıc kəndində isə Bədöyün məscidi, Zəvəro məscidi (1791-ci il), Ağoli məscidi və Zəvəro bulağı mühafizə olunur. 12:30-13:30 – Nahar“Lahıc dolması” + kənd toyuğundan sup, salat, + Çay süfrəsi 13:30-16:30 - Cavanşir qalasının fəthi + ŞəlaləEkstrim sevənlər üçün ən münasib seçimdir. Tənbəllər bu fəthdə iştirak etməyə bilər. Dağın zirvəsinə çatdıqda bütün dünya sanki sizin ayaq altınızda olacaq. Amma onu deyim ki, bir də belə hiss heç yerdə duymayacaqsınız. 16:30 – 17:00 - Çay süfrəsi. Dönüşə hazirlıq. 17:00 – 21:00 – Lahij - Bakı yolu Turun qiyməti: 27 AZN Son qeydiyyat tarixi: 18 İYUN 2009 – cu il Qiymətə daxildir: Avtobus ( İsuzu 28 nəfərlik )Avtobusda qəlyanaltıNahar yeməyi Çay süfrələriProfessional BələdçiQeydiyyata düşmək üçün:Tel: 050 377 31 13MSN: ORXAN@BAKU.WSE-MAIL: MAMEDOV23@@YAHOO.COM
Похожие новости
В известном парке Баку осушили искусственное озеро - названа причина
В парке "Гянджлик", расположенном в Хатаинском районе Баку, начинается масштабная реконструкция. Водоём на территории парка был полностью осушён - после заверше...