200 min avroluq gəlinliyə Azərbaycanlı müştəri

200 min avroluq gəlinliyə Azərbaycanlı müştəri
Общество 5459
269000800_10051.jpg|--> Türkiyənin İstanbul şəhərində milyonerlər sərgisi keçirilir. “CNR Expo” sərgi və “GİJRATH” Media qrupunun əməkdaşları ilə keçirilən sərgidə milyonlarla dollarlıq məhsullar nümayiş olunur. Sərgidə 12.5 metrlik yaxt, Swarovski qaşlı gəlinlik, yaqut təsbeh, 13 000 manat qiyməti olan çılçıraq və s. bu kimi bahalı məhsullar nümayiş olunur. Qeyd edək ki, sərginin ən bahalı eksponatı Belçikadan gətirilmiş qiyməti 3 milyon dollar olan 5 karatlıq almaz üzükdür. 7 marta qədər davam edəcək sərgiyə 15 min nəfərin gəlməsi gözlənilir. Sərgi təşkilatçılarının satış hədəfi isə 15 milyon dollardır. Bahalı qaşlarla bəzədilmiş və 200 000 avro qiyməti olan “İstanbul” adlı gəlinliyə Azərbaycandan müştəri çıxdığı bildirilir. Müştərinin şəxsiyyəti barədə isə məlumat verilməyib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости