Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO

Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
Общество 3674
Aprelin 2-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab görüşü keçirilmişdir.Yarışı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləmişlər.Turnirin final mərhələsində Azərbaycanın iki komandası – “Azərreyl” və “Lokomotiv” mübarizə aparmışlar. Komandalar arasında martın 29-da keçirilən ilk oyunda “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub etmişdir.Xatırladaq ki, klublarımız Çellenc Kuboku yarışlarında Avropanın güclü komandalarını turnirdən kənarlaşdırmağı bacarmışlar. Belə ki, “Azərreyl” klubu turnirin birinci təsnifat mərhələsində Maltanın “Paola” (3:0, 3:0), ikinci təsnifat mərhələsində Yunanıstanın “Markopoula” (3:0, 3:0), onaltıdabir mərhələdə Yunanıstan “Olimpiakos” (3:0, 3:0), səkkizdəbir mərhələdə Ukraynanın “Ximik” (3:0, 3:0), dörddəbir mərhələdə Finlandiyanın “Salo” (3:2, 3:0), yarımfinalda isə Rusiyanın “Uraloçka” komandasından (3:2, 3:1) üstün olmuşdur.Finalda mübarizə aparan digər Bakı komandası “Lokomotiv” isə turnirə ikinci təsnifat mərhələsindən qoşulmuş və ilk rəqibi Rusiyanın “Omıçka” komandasını məğlub etmişdir. “Lokomotiv” onaltıdabir final mərhələsində Avstriyanın “A. Linq-Steq” (3:0, 3:0), səkkizdəbir mərhələdə Kiprin “Apollon” (3:0, 3:0), dörddəbir mərhələdə Almaniyanın “Şveriner” (3:0, 3:2), yarımfinalda isə Bakının “İqtisadçı” komandasına (3:0, 3:2) qalib gəlmişdir.Final oyununu izləmək üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Sərhədçi” Olimpiya İdman Mərkəzinə gəldilər. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.Azərbaycanın dövlət himni səsləndirildikdən sonra oyun başladı. Görüşün ilk seti “Azərreyl” voleybolçularının üstünlüyü ilə başa çatdı – 30:28. İkinci hissədə “Lokomotiv” klubu “Azərreyl”dən üstün oldu (22:25) və setlərin hesabı bərabərləşdi. Ardıcıl olaraq iki setdə 25:13 və 25:17 hesablı qələbə qazanan “Azərreyl” klubu turnirin qalibi oldu.Oyunu baş hakim ukraynalı Mixaylo Melnik, ikinci hakim türkiyəli Bayram Dikmentepe idarə etmişlər.Sonra təntənəli mükafatlandırma mərasimi oldu.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıları mükafatlandırmaq üçün arenaya daxil oldular.Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.Prezident İlham Əliyev “Lokomotiv” klubunun üzvləri və məşqçi heyəti ilə görüşdü.Daha sonra dövlətimizin başçısı final oyununun ən yaxşı oyunçusu seçilmiş “Azərreyl” komandasının, Azərbaycan yığma komandasının liberosu Valeriya Karatenkonu təbrik etdi.Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Viorel Manole ən yaxşı oyunçu seçilməsi münasibətilə V.Karatenkoya Kubok təqdim etdi.Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev Viorel Manole ilə birlikdə “Lokomotiv” klubunun üzvlərinə gümüş medalları təqdim etdilər.Sonra dövlətimizin başçısı Çellenc Kubokunu qalib komandaya təqdim etdi və voleybolçuları qələbə münasibətilə təbrik etdi.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da “Azərreyl” klubunun üzvlərini təbrik etdi.Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev “Azərreyl” klubunun üzvlərinə qızıl medalları təqdim etdi.Klubun üzvlərinə çələnglər təqdim olundu.Azərbaycan voleybolunun inkişafına xüsusi töhfələrinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının Kubokuna layiq görüldü. Kuboku Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Banu Can Şurman təqdim etdi.Mükafatlandırma mərasimindən sonra qalib komandaların üzvləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər. AzərTAc301768941_1301768827_04.jpg|-->301769022_1301768840_10.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301769006_1301768854_01.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768963_1301768869_03.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301769006_1301768869_05.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768996_1301768871_12.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768930_1301768872_16.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301769019_1301768893_02.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768984_1301768894_14.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768964_1301768908_13.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768947_1301768910_09.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301769030_1301768916_15.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768971_1301768928_06.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301769008_1301768928_07.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768963_1301768935_11.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
301768991_esas.jpg|-->
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости