ÇATLAYAN DƏRİNİZ ÜÇÜN RESEPT

ÇATLAYAN DƏRİNİZ ÜÇÜN RESEPT
Общество 2904
267552247_lips1.jpg|--> Dermatoloqlar, küçədəki hava sərin, nəm faizi aşağıdırsa və içəridəki hava isti və qurudursa, çatlayan dəriniz və dodaqlarınız üçün bir resept məsləhət görürİrıs Cantor qadın sağlamlığı mərkəzinin dermatoloqları çat-çat olmanın, qaşınmanın qarşısını almaq üçün qış aylarında hər gün dərinizə krem tərkibli nəmləndiricilər sürtərək xüsusi qulluq etməyinizi məsləhət görür. Duş qəbul etdikdən sonra nəmləndiricidən istifadə etmək ən yaxşı üsulsur.Mütəxəssislər nəmləndiricinin dəri səthindəki nəmi sormağa kömək etdiyini açıqlayıb. Quruluğun qarşısını almaq üçün tez-tez əl yumağın vacib olmasına baxmayaraq, mütəxəssislər sabun və suyun əlləri qurutduğunu və çat-çat etdiyini deyirlər. Ancaq, yumşaq bir sabun və nəmləndiricidən istifadə edərək bu quruluğu aradan qaldıra bilərsiniz.Vanna otağında çox isti sudan istifadə etməməyin vacib olduğunu bildirən dermatoloqlar, dəri üzərində iltihablandırıcı təsiri olmayan bir təmizləyiciylə qısa və ilıq duş qəbul etməyi məsləhət görürlər. Duş qəbul etdikdən sonra saf vazelin ya da mineral yağdan istifadə etməyiniz məsləhətdir. Evdəki radiatorlardan və istilik cihazlarından yaranan quru havayla mübarizə aparmaq üçün, nəmləndirmə cihazından istifadə edərək havaya biraz nəm qatılmasının faydalı olacağını söyləyir. Amma kifin qarşısını almaq üçün cihazı tez-tez təmizləmək lazımdır.Küçəyə çıxarkən üzünü örtməyiniz və dodaqlarınıza günəşdən qorumaq üçün vazelin tərkibli qoruyucu çəkməyiniz vacibdir. Bundan başqa dermatoloqlar qarda və günəş işığının altında olarkən günəş kremindən istifadə etməyi məsləhət görür.Solarilərinin dəriyə zərər verdiyini, erkən yaşlanmaya səbəb olduğunu və dəri xərçənginin yaranma riskini artırdığını bildirən mütəxəsislər, bunun yerinə ekstra nəmləndiricilərlə qaralmağınızı məsləhət görür.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости