12 metrlik nəhəng balıq tutulub

12 metrlik nəhəng balıq tutulub
Общество 6578
Möcüzə balığın çəkisi 10 ton, diametri isə 1 metrdirBu gün Çinin şərqindəki Çjetsyan əyalətinin sahillərində indiyə kimi elmə məlum olmayan nəhəng balıq tutulub. Lent.az-ın “Sina” agentliyinə istinadən verdiyi məlumata görə, balığın çəkisi 10 tona çatır. Möcüzəli balığın uzunluğu 12 metr, bədəninin diametri isə 1 metrə bərabərdir. Qeyri-adi balıq Çin sahillərində ov edən balıqçı gəmilərindən birinin toruna düşüb. Dənizçilər onu sahilə dartaraq yük kranı vasitəsilə çıxarıblar.Alimlər balığın növünü müəyyən edə bilməyiblər. Çünki naməlum çinli balığa 1,5 min yuan (təxminən 220 dollar) ödəyərək onu alıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Похожие новости

Последние новости