11 aylıq əkizlərin atalarının fərqli olduğu üzə çıxdı
19
май
2009
11:22
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Anası onlardan birinə hamilə ikən başqa kişi ilə görüşübABŞ-da 11 ay əvvəl dünyaya gələn əkiz uşaqların atalarının fərqli olduğu üzə çıxıb. Texas ştatında yaşayan Mia Vaşinqtonla nişanlısı Ceyms Harrisonun əkiz uşaqları dünyaya gəlib. Castin və Cordan adlı əkizlər 11 aylıq olarkən valideynləri uşaqların üz quruluşlarının tamam fərqli olduğunun fərqinə varıblar. Onlar körpələri DNT testindən keçiriblər. Məlum olub ki, uşaqların atası eyni adam deyil. Mia Vaşinqton hamilə olanda başqa bir kişi ilə əlaqəyə girdiyini etiraf edib. O, “əkiz övladlarımın ataları fərqlidir, belə bir hadisə nəinki Amerikada, heç bütün dünyada olmayıb, bundan sonra da olmayacaq, gələcəkdə həqiqəti uşaqlara deyəcəyəm, amma digər uşağın atasına heç nə deməyəcəyəm”, - deyib. Onun nişanlısı da Mianı bağışladığını, uşaqları bərabər böyüdəcəklərini söyləyib. Həkimlər və mütəxəssislər isə indiyədək belə bir vəziyyətlə qarşılaşmadıqlarını, bunun ilk və son olduğunu təxmin etdiklərini bildiriblər. |
| lеnt.аz |
Похожие новости
Нападение на съемочную группу около бакинской школы: есть задержанные
Съемочная группа телеканала Real TV, освещавшая трагическую гибель школьницы в Баку, подверглась нападению. Как сообщает Oxu.Az, инцидент произошел на территори...