Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər
29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilən 9-u Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər.
24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həll etmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++ proqramlaşdırma dilində təqdim etdikləri həllərin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.
Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq informatika və proqramlaşdırma olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4 gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66 bürünc olmaqla 104 medal qazanıblar.
Oxşar xəbərlər
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
"Nar"ın dəstəyi ilə həyata keçirilən "Bütün Vücudlar Danışır" sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir. "DanceAbility Az...