055 213 76 73
Belə ki, Bankın Baş İdarə ofisi və digər filialları 26 may tarixində, saat 10:00-dan 15:00-a kimi, Azneft filialı isə 10:00-dan saat 21:00-a kimi (nahar fasiləsi: 14:00 - 15:00) fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək. Müştərilər qeyd olunan saatlarda Bank of Baku-nun istənilən filialına yaxınlaşmaqla kompensasiya məbləğini əldə edə bilərlər.
Qeyd edək ki, Bank of Baku-nun filialları şənbə günləri də müştərilərinə xidmət göstərir. Belə ki, Bankın Azneft filialı,
- Şənbə günü 10:00-dan saat 21:00-a kimi (Nahar fasiləsi: 14:00 - 15:00);
Baş idarə və digər bütün filiallar isə,
- Şənbə günü - saat 09:00-dan 18:00-a kimi (Nahar fasiləsi: 13:00 - 14:00) müştərilərin xidmətində olacaq.
Bank of Baku-dan kompensasiya alacaq bütün müştərilərin bu həftə ərzində istədikləri vaxt Bankın filiallarına yaxınlaşması tövsiyyə olunur. 500 AZN-dən yuxarı məbləğdə kompensasiya alacaq müştərilər hələ də SMS əldə edə bilməyiblərsə, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq kartlarını hansı filialdan alacaqlarını öyrənə bilərlər.
"Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı fəaliyyət göstərir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
Bank of Baku-nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
BAKU.WS